Müəllif: Gülnar Əhmədli, Banco.az
"Expressbank" 2025-ci ilin 9 ayında 6 milyon 22 min manat xalis mənfəət əldə edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin sentyabr ayının sonuna bankın aktivlərinin həcmi 645 milyon 453 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 25 milyon 292 min manat və ya 4,07% çoxdur. Belə ki, 2024-cü ilin dekabrın 31-i tarixinə bankın aktivlərinin həcmi 620 milyon 161 min manat idi.
Hesabat dövründə bankın kredit portfelinin həcmi 530 milyon 592 min manat, depozit portfelinin həcmi isə 296 milyon 610 min manat olub. Bankın kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 28 milyon 632 min manat və ya 5,7%, depozit porfeli isə 34 milyon 519 min manat və ya 13,2% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!