Bu sahədə maaşlar artıb | Banco.az

Bu sahədə maaşlar artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı 1 889,7 manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici dövlət sektorunda 1 609,3 manat, özəl sektorda isə 2 083,7 manat olub.  

2024-cü ilin eyni dövründə informasiya və rabitə sahəsində dövlət sektorunda maaşlar 1 483,6 manat, özəl sektorda isə 1 836,8 manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram