7 bankın əməliyyat gəlirləri 100 milyon manatdan çoxdur - SİYAHI | Banco.az

7 bankın əməliyyat gəlirləri 100 milyon manatdan çoxdur - SİYAHI

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 7-nin ötənilki əməliyyat gəlirləri 100 milyon manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (585,352 milyon manat), "Kapital Bank" (571,302 milyon manat), "PAŞA Bank" (272,802 milyon manat), "Unibank" (152,418 milyon manat), "Xalq Bank" (130,302 milyon manat), "Access Bank" (123,811 milyon manat) və "Bank Respublika"dır (120,455 milyon manat).

Qalan 22 bankdan 6-da əməliyyat gəlirləri 50-100 milyon manat arasında, 14 bankda 10-50 milyon manat arasında, 2 bankda - İran və Pakistan Milli Banklarının Bakı filiallarında isə 10 milyon manatdan azdır.

7 bankın əməliyyat gəlirləri azalıb

Ən sərfəli kredit üçün müraciət et

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 7-nin ötənilki əməliyyat gəlirləri əvvəlki ilə nisbətən az olub. Bunlar "Bank Avrasiya", "Muğan Bank", "Yapı Kredi Bank Azərbaycan", "AFB Bank", "AGBank", "Yelo Bank" və Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma Pakistan bankında (38%), ən az azalma isə "Bank Avrasiya"da (4,6%) qeydə alınıb.

Qalan 22 bank isə əməliyyat gəlirlərini artırıb. Bu baxımdan ən yüksək dinamika "Bank VTB Azərbaycan"da (31,2 dəfə), ən aşağı dinamika isə "Premium Bank"da (0,5%) qeydə alınıb.

"Renkinq" 

Ən sərfəli krediti almaq üçün müraciət et