Azərbaycan Bolqarıstana neft ixracını 4 dəfədən çox artırıb | Banco.az

Azərbaycan Bolqarıstana neft ixracını 4 dəfədən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bolqarıstan 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan 253 milyon 114 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Bolqarıstanın idxal etdiyi neftin həcmi isə 358 min 843 ton təşkil edib.

Bolqarıstanın idxal etdiyi neftin dəyəri 2025-ci ilə nisbətdə 204 milyon 882 min dollar və ya 5,2 dəfə, miqdarı isə 279 min 582 ton və ya 4,5 dəfə artırıb.

Qeyd edək ki, I yarımildə ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (5,9 milyon ton) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram