2028-ci ilə qədər dünyada milyonçu sayında ən yüksək artım bu ölkədə olacaq | Banco.az

2028-ci ilə qədər dünyada milyonçu sayında ən yüksək artım bu ölkədə olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrədə yerləşən "UBS" bankı qlobal sərvət hesabatını açıqlayıb.

Banco.az xəbər verir ki, hesabata görə, 2028-ci ilə qədər dünyada milyonçu sayında ən yüksək artımı Tayvanda baş verəcək. Bank 2028-ci ilə qədər Tayvanda milyonçuların sayının 47 faiz artaraq 1,16 milyona çatacağını proqnozlaşdırır.

Bankçılıq nəhəngi növbəti üç onillikdə 83 trilyon dollardan çox sərvət transferi gözlədiyini açıqlayıb.

Bankın 2024-cü il Qlobal Sərvət Hesabatına görə, milyonçu sayında ən çox itirən İngiltərə, ən çox qazanan isə Tayvan olub.

"UBS" sərvət mobilliyinin qlobal miqyasda artacağını və daha çox insanın daha yüksək sərvət fazalarına keçəcəyini proqnozlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata görə, dünya aktivlərinin təxminən beşdə biri yaşı 75-dən yuxarı olan insanların əlindədir. 2028-ci ilə qədər dünya milyonçularının təxminən üçdə biri inkişaf etməkdə olan bazarlarda olacaq. Böyük Britaniyadan başqa, demək olar ki, bütün ölkələrdə milyonçuların sayı artacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et