Müəllif: Tamara Mustafayeva, Banco.az
“JPMorgan” 2026-cı ildə qızılın unsiya başına orta qiymət proqnozunu aşağı salıb.
Banco.az xəbər verir ki, “JPMorgan” 2026-cı il üzrə qızılın bir unsiyasının orta qiymətinə dair proqnozunu 5 min 708 dollardan 5 min 243 dollara endirib.
Bildirilib ki, proqnozdakı dəyişiklik ilin ilk aylarında müşahidə olunan daha aşağı qiymət səviyyələrini əks etdirir.
Bununla yanaşı, “JPMorgan” ilin sonu üçün təxminən 6 min dollar səviyyəsində olan əsas ssenari üzrə hədəfini qüvvədə saxlayıb.
Bank ilin ikinci yarısında tələbin yenidən sürətlənəcəyini və bunun qızıl qiymətlərində güclü artımı dəstəkləyə biləcəyini qiymətləndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!
