“Mobil danışıq kart hədiyyə” kampaniyası davam edir | Banco.az

“Mobil danışıq kart hədiyyə” kampaniyası davam edir

“DəmirBank”ın təcili pul köçürmə xidmətləri üzrə pul köçürən və alanlara “Mobil danışıq kartı hədiyyə” kampaniyası davam edir.

Kampaniyanın şərtlərinə əsasən Bankın filiallarında ən azı 500 AZN / USD / EUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR olduqda isə müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Hədiyyə kampaniyası “DəmirBank” filiallarında həm pul göndərənlərə, həm də pul alanlara şamil edilir. Ölkədaxili “Şimşək” sistemi üzrə isə yalnız pul göndərənə mobil rabitə ödəmə kartı hədiyyə edilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Mobil danışıq kart hədiyyə” kampaniyası aprelin 31-dək davam edəcək.

 “DəmirBank” əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank Western Union, Coinstar, Blizko, PrivatMoney kimi sistemləri ilə beynəlxalq, özünün Şimşək sistemi ilə isə əhaliyə ölkədaxili pul köçürmə xidmətləri göstərir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et