Expressbank iyul ayının nəticələrini elan edib | Banco.az

Expressbank iyul ayının nəticələrini elan edib

Expressbank-ın aktivləri 1 avqust 2014-cü il tarixinə 281 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 40,2 mln. manat və ya 25%  artaraq 201,1 mln. manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 avqust 2014-cü il tarixinə 125,8 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 49,6 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 39,4%  çoxdur.

Bankın 1 avqust 2014-cü il tarixinə nizamnamə kapitalı isə 112,3 mln. manat olub, bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə bankların nizamnamə kapitalının 50 mln. manat olması tələbini üstələyir.

Expressbank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.