Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi azalıb | Banco.az

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi azalıb

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard 109 milyon 757 min ABŞ dolları təşkil edib.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 959 milyon 968 min dollar və ya 31,2% azdır.

Hesabat dövründə Azərbaycanın Rusiyaya ixracı 749 milyon 550 min dollar olub. Bu, illik müqayisədə 3,9% artım deməkdir.

Rusiyadan Azərbaycana idxal isə əksinə, əhəmiyyətli dərəcədə azalıb. Belə ki, idxalın dəyəri 1 milyard 360 milyon 207 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42% azdır.

Beləliklə, yanvar-iyul aylarında Azərbaycanla Rusiya arasındakı ticarətdə 610 milyon 657 min dollarlıq mənfi saldo yaranıb.

Rusiya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 7,2%-ni təşkil edib.

Bu dövrdə Rusiyaya ixrac Azərbaycanın ümumi ixracının 3,8%-nə, Rusiyadan idxal isə ümumi idxalın 13,7%-nə bərabər olub.

Ümumilikdə, 2026-cı ilin ilk 7 ayında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 29 milyard 216 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% çoxdur.

Xarici ticarət dövriyyəsində 19 milyard 336 milyon dollar ixracın, 9 milyard 881 milyon dollar isə idxalın payına düşüb.

İllik müqayisədə Azərbaycanın ixracı 27% artıb, idxalı isə 27,4% azalıb. Xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.