ABŞ Venesuelanın neft yataqları üçün 'böyük' sazişə yaxındır | Banco.az

ABŞ Venesuelanın neft yataqları üçün 'böyük' sazişə yaxındır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın iqtisadi görünüşündə yaxşılaşma davam edib.

Banco.az xəbər verir ki, iki ABŞ rəsmisinin Axios-a verdiyi məlumata görə, Trump administrasiyası Cənubi Amerika ölkəsinin nəhəng neft ehtiyatlarında mülkiyyət payı əldə etmək məqsədilə Venesuelanın müvəqqəti hökuməti ilə danışıqlar aparır.

Bu tarixi saziş dünyanın ən böyük təsdiqlənmiş ehtiyatlarına sahib bir ölkədən təchizat təmin olunması yolu ilə ABŞ-ın neft ehtiyatlarını iki dəfədən çox artıracaq.

Rəsmilərdən biri: "Bu sazişə 'böyük' demək azlıq edər. Bu, nəhəng bir sazişdir" – deyə şərh verib.

İkinci bir rəsmi isə: "Prezident Tramp təkcə ABŞ-da deyil, bütün yarımkürədə gələcək nəsillər naminə Amerikanın enerji gələcəyini təmin etməyə çox yaxındır" – deyib.

Tramp Nyu-Yorkda narko-terror ittihamları ilə üzləşən Venesuela lideri Nikolas Maduronun 3 yanvarda saxlanılması barədə göstəriş verməzdən çox əvvəl, Venesueladakı neft yataqlarında pay əldə etməyin yollarını gizli şəkildə müzakirə etməyə başlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram