ABŞ-da işsizlik müavinəti üçün müraciətlər azalıb | Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlər azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlər azalıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti müraciətlərinə dair həftəlik məlumatları açıqlayıb.

Məlumata görə, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 22 avqustla bitən həftədə əvvəlki həftəyə nisbətən 4 min nəfər azalaraq 203 minə düşüb.

Bazar gözləntisi bu dövrdə işsizlik müavinəti müraciətlərinin sayının 208 min olacağı istiqamətində idi.

İşsizlik müavinəti müraciətlərinin sayına dair əvvəlki həftənin göstəricisi 206 mindən 207 minə yenidən nəzərdən keçirilib.

Keçən həftəyə olan məlumata görə isə 4 həftəlik orta işsizlik müavinəti müraciət sayı 1250 artaraq 205 min 500 olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram