Müştəri məmnuniyyətinin artırılması məqsədi ilə “Bank of Baku”-nun bütün filialları nahar fasiləsiz iş rejiminə keçiblər.Artıq bütün müştərilərə saat 13.00-14.00 arası da xidmət göstəriləcək.
“Bank of Baku”-nun fasiləsiz iş rejiminə keçidi müştərilərin vaxtına qənaət etməyə hesablanıb. Xatırladaq ki, ”Bank of Baku”-nun filialları bazar ertəsindən şənbəyə kimi saat 9.00-dan 17.00-a qədər müştərilərə fasiləsiz xidmət göstərir.
”Bank of Baku”-nun filiallarının dəqiq ünvanları ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: http://www.bankofbaku.com/az/filials-and-atms/fillials/
Ətraflı məlumat:
145 Məlumat Mərkəzi