AccessBank “Baku Shopping Festival” zamanı hər gün müştərilərin xidmətində olacaq | Banco.az

AccessBank “Baku Shopping Festival” zamanı hər gün müştərilərin xidmətində olacaq

Festival zamanı Bankın “Səbail” filialı gücləndirilmiş iş rejimində çalışacaq

“Baku Shopping Festival” zamanı yerli və xarici vətəndaşların rahatlığını təmin etmək məqsədilə aprelin 10-dan mayın 10-dək AccessBank-ın “Səbail” filialı müvəqqəti olaraq yeni iş rejiminə keçir. Yeni qrafikə əsasən “Səbail” filialı şənbə-bazar  günləri daxil olmaqla həftənin 7 günü saat 09:00-dan 21:00-dək müştərilərin xidmətində olacaq.

İş günlərində kassa 09:30 – 21:00, istirahət günlərində isə 11:00 – 21:00 saatlarında fəaliyyət göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

“Səbail” filialı R.Rza küç. 15 ünvanında yerləşir (tel. 994 12 493 43 54).  

Daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.                                                        

Ən sərfəli krediti almaq üçün müraciət et