Banco.az | Tezliklə

Bolkartdan Yeni il hədiyyəsi!

Azərbaycanda nağdsız ödənişlərin əhatə dairəsini genişləndirmək məqsədi ilə “Bank of Baku” Bolkart üzrə ödəmə müddətini əlavə 3 ay artırır. Beləliklə, 27-31 dekabr 2013-cü il tarixləri arası Bolkart-ın keçərli olduğu partnyor mağazalarda 3 aylıq ödəmə 6 ay, 6 aylıq ödəmə 9 ay, 12 aylıq ödəmə isə 15 ay olacaq. 1 aylıq ödəmə müddətli olan mağazalarda isə 3 ay sonra ödəmək mümkündür.

Azərbaycanca

CƏMİ 5 GÜN QALDI...

Unibank-ın ALBALI kart sahibləri üçün  növbəti sürprizi olan “ALBALI kartınızla alış-veriş edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyasının bitməsinə  cəmi 5  gün qalıb. ALBALI kartı ilə cəmi 10 manatlıq alış-veriş sizə  1000 AZN pul uduşu qazandıra bilər.

Azərbaycanca

“AtaBank”-ın facebook fanları hədiyyə qazanıb

Bu gün “AtaBank”-ın baş ofisində facebook səhifəsinin fanlarına  dəyərli hədiyyələr təqdim olundu. Aktivliyi ilə fərqlənən, müxtəlif təşəbbüslərlə çıxış edən fanlar “AtaBank” tərəfindən Yeni il münasibəti ilə mükafatlandırılıblar.  Yeni il çərçivəsində  Səbuhi  Cumşüdə, Aynur Bənnayevaya, Gülüstan Qəhramanovaya, İlahə Rəhimliyə , Elmirə Əzizovaya, Sevgi Hüseynovaya  və Ülkər Cəfərovaya  “AtaBank”-dan bahalı hədiyyələr təqdim olunub.   

Azərbaycanca

UNİBANK-dan 0% KOMİSSİYA

Unibank.az və hesab.az  vasitəsi ilə Unibanka kredit ödənişləri zamanı heç bir komissiya tutulmayacaq. Unibank  müştərilərdən tutulan komissiya xərcini öz üzərinə götürüb. Qeyd edək ki, indiyədək MilliKart üzvü olmayan bank kartları ilə onlayn kredit ödənişləri zamanı  1.18%  əlavə komissiya tutulurdu.

Azərbaycanca

ALBALI KARTLA SƏRFƏLİ QİYMƏTƏ TELEFON

Albalıdan daha bir ilsonu hədiyyəsi var.  Dekabrın  31-dək  NLT Telecomdan  istədiyi telefonu  6 , 12 ay müddətinə alan hər kəs , məhsulun dəyərini  heç bir faiz ödəmədən, nağd qiyməti ilə ödəyəcək.  

Azərbaycanca

DəmirBank “At Muraddır” adlı güzəştli kredit aksiyasına başlayıb

DəmirBank at ilində anadan olan (1954, 1966, 1978 və 1990-cı illər) müştərilərə istehlak kreditləri üzrə illik faiz dərəcəsində 4% endirim təqdim edir. Aksiya 1 fevral 2014-cü il tarixinədək davam edəcək.

Aksiya müddətində Banka müraciət edən digər müştərilərə isə illik faiz dərəcəsində  2% endirim edilir. Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər. Qeyd edək ki, aksiya ipoteka və avtomobil kreditlərinə şamil edilmir.

Azərbaycanca

WhatsApp-la Bolkart sifariş edin!

Müştərilərin rahatlığını təmin etmək məqsədi ilə “Bank of Baku” Bolkart sifarişinin yeni üsulunu təqdim edir. Artıq kart sifarişini Bolkartın keçərli olduğu şəhərimizin iri ticarət mərkəzləri və mağazalarındakı “Bank of Baku” stendlərindən etmək mümkündür. Bu ticarət obyektlərində bankın xüsusi anketini əldə edib doldurmaq, sonra isə mobil telefonla anketin şəklini çəkib WhatsApp-la 055/050  447-00-55 nömrələrindən birinə göndərmək tələb olunur.

Azərbaycanca

Bal Hədiyyəli Müddətli Əmanət Kampaniyası ilə dekabr ayı boyunca ən azı 250 AZN yeni müddətli əmanət açan Worldcard sahibləri həm faiz, həm də ballar qazanacaq!

Kampaniya şərtləri Bal Hədiyyəli Müddətli Əmanət Kampaniyası, 1-31 Dekabr tarixləri arasında, yalnız bir dəfə, ən az 250 AZN və üzəri məbləğdə yeni müddətli əmanət açacaq Worldcard müştəriləri üçün keçərlidir. Kampaniyada mükafat qazana bilmək üçün 31 dekabra qədər əmənətlər pozulmamalıdır. Qazanılan mükafat ballar 10 yanvar 2014-cü il tarixində kampaniyada iştirak edən müştərilərin hesabına yüklənəcəkdir. Kampaniyada Virtual kart və Worldcard Business xaric bütün Worldcardlar iştirak edir.

Azərbaycanca

"Fitch" Azərbaycan Beynəlxalq Bankının kapitalının artırılması planını müsbət qiymətləndirir

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) "Sabit" proqnozla təsdiq edib. Trend-in məlumatına görə, bu barədəcüməgünü agentliyin yaydığı məlumatda deyilir.

Məlumata görə, reytinqin təsdiq edilməsi "Fitch"in zərurət halında dövlət (ölkənin reytinqi - BBB-/"Sabit") banka dəstək verəcəyi iləbağlı mötədil ehtimalının olması fikrini əks etdirir.

Azərbaycanca

Bank Respublika və AYİB yeni kredit razılaşmasını imzaladılar.

AYİB Azərbaycanda Ümümbank Çərçivə Maliyyə Xidmətləri çərçivəsində Bank Respublika-ya, 9,4 milyon ABŞ dolları həcmində kredit xətti ayırdı.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »