Banco.az | Tezliklə

“Bank Technique” Bakıda daha iki şöbəsini açıb

“Bank Technqiue” ASC, xidmət şəbəkəsinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması məqsədilə, Bakı şəhərində daha iki yeni şöbəsini açıb.

“İnşaatçılar” və “Neftçilər” adlandırılan yeni şöbələr, müvafiq olaraq, Yasamal rayonu, 528-ci məhəllə, Ə.Ələkbərov küç., “E” və Nizami rayonu, Q.Qarayev pr., 115/9 ünvanlarında yerləşirlər. Bu şöbələr yaxınlıqda yaşayan sakinlərin bank əməliyyatlarının əksəriyyətinin asanlıqla, vaxt itkisinə məruz qalmadan, həll etmələrinə imkan yaradır.

Azərbaycanca

NEFTÇİLƏRƏ 2-qat HƏDİYYƏ

Unibank peşə  bayramı münasibəti ilə bütün Neft sənayesinin işçilərini təbrik edir. Bankın neftçiləri üçün güzəştli kredit kampaniyası böyük maraq doğurub. Kampaniya çərçivəsində  Unibankdan kredit götürən hər bir neft işçisi üçün kreditlər 3 % endirimlə verilir, üstəlik bu aksiyadan bəhrələnən hər kəsə bir sıra üstünlüklər verən, minimal kredit limiti 300 AZN olan  MC Gold kartı hədiyyə olunur. Beynəlxalq kart olan  MC Gold kartından dünyanın bir çox ölkələrində istifadə etmək mümkündür. Neft sahəsində çalışanlar  maksimum 7500 AZN-dək krediti 48 ay müddətinədək götürə bilərlər.

Azərbaycanca

UNİBANK SƏHMLƏRİN YERLƏŞDİRİLMƏSİNİ HƏYATA KEÇİRİR

AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Unibank” Kommersiya Bankı ASC-nin 6 000 048 manat məbləğində olan, 2 205 900 ədəd sənədsiz adlı imtiyazlı səhmlərinin buraxılışına dair  emissiya prospekti, 22 avqust 2013-cü il tarixində qeydiyyata alınmışdir.

Bankın İdarə Heyətinin 19 sentyabr 2013-cü il tarixli Qərarına əsasən həmin səhmlərin yerləşdirilməsinin başlanması, 27 sentyabr 2013-cü il tarixindən həyata keçiriləcək. Emissiya Prospektinə əsasən yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında baş tutacaqdır

Azərbaycanca

DəmirBank Monex sistemi ilə pul köçürmə xidmətlərini təqdim edib

 

DəmirBank Monex sistemi ilə pul köçürmələri təqdim edərək əhaliyə göstərilən xidmətlər çeşidini genişləndirib.

Monex sistemi ilə müştərilər manat, ABŞ dolları, avro və Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər. Respublikadaxili komissiya 0,1-0,2%, respublikadan kənar köçürmələrdə isə 1,5% komissiya tətbiq olunur. 

Azərbaycanca

BAŞQALARINDAN NECƏ FƏRQLƏNMƏLİ?

Hər gün Albalıdan hədiyyə qazanmaq  şansı əldə edənlərin sayı  artır. Gündə yüzlərlə kart sahibi Unibank tərəfindən Facebook üzərindən yaradılmış unikal və ekskluziv platforma olan Qoşul, Fərqlən, Faydalan  kampaniyasına qoşulub ballar yığaraq, ALBALI ilə etdikləri alış-verişlərinin nəticəsində möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə edirlər.  http://goo.gl/tYSd87

Azərbaycanca

Təxminən 7 kommersiya bankının Mərkəzi Bankın qoyduğu öhdəliyi yerinə yetirməsində problem olacaq

Müsahibimiz İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovdur.

Müsahibənin 1-ci hissəsi

 

Nizamnamə kapitalının artırılması ilə bağlı həyata keçirilən islahatlar banklara inamı artıracaq

Azərbaycanca

PAŞA Bank ödəniş kartları ilə bağlı saxtakarlığın qarşısını almaq üçün yeni sistem tətbiq edir

PAŞA Bank "Tieto" şirkətinin inkişaf etdirdiyi "Card Suite Fraud Management" sistemini müvəffəqiyyətlə tətbiq etmişdir.

Azərbaycanca

PAŞA Bank növbəti dəfə “SIBOS 2013” Beynəlxalq maliyyə sənayesi forumunda regionu təmsil edir

Bu gün Dubayda (BƏƏ) sayca 35-ci "SIBOS 2013" Beynəlxalq maliyyə sənayesi forum-sərgisi başlayır. Ötən il olduğu kimi regionun sərgidə eksponent qismində yeganə təmsilçisi Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankdır.

SIBOS-un iclaslarında beynəlxalq maliyyə bazarlarının hazırkı vəziyyəti, onların infrastrukturlarının inkişaf yolları, bank və korporasiyaların qarşılıqlı əlaqələri, kapital və investisiyaların hərəkəti, yeni maliyyə xidmətlərinin inkişafı da daxil olmaqla dünya maliyyə sənayesinin geniş əhatəli aktual problemləri müzakirə olunur.

Azərbaycanca

“Amrahbank”ın Lənkəranda fəaliyyətini genişləndirir

Regionlarda yerləşən filial şəbəkələrinin inkişafına xüsusi əhəmiyyət verən “Amrahbank”ın Lənkəran şəhəri , Həzi Aslanov prospekti 1 ünvanında yerləşən Lənkəran filialı aparılan rekonstruksiya , abadlıq işlərindən sonra fəaliyyətini genişləndirdi.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »