Banco.az | Tezliklə

ALBALIDAN 14/14 KAMPANİYASI

Sevdiklərinizə ən gözəl  hədiyyəni almaq istəyirsiniz? Albalı özəl kampaniyası ilə sizin üçün bu şəraiti yaradır. 14 fevralda edilən alış-veriş üçün  Unibankdan  sərfəli ödəniş  təklifi var.Yalnız bir gün- 14 fevralda ALBALI kartla 3 ay və daha uzun müddətə edilən alış-verişin dəyərini  14  aya  ödəyin. Sevginizə ALBALI qatın.

Azərbaycanca

“AtaBank” yeni “AtaNet” internet bankçılıq məhsulunu təqdim etdi

Dünən, 12 fevral tarixində, Azərbaycanın qabaqcıl banklarından biri olan “AtaBank” ASC Ş.Bədəlbəyli 102 ünvanında yerləşən Baş ofisində özünün yeni “AtaNet” internet bankçılıq məhsulunun təqdimat mərasimini keçirdi. Tədbirdə bankın VİP müştəriləri iştirak etmişdir.  Təqdimat mərasimində yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilmişdir, məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub.

Azərbaycanca

“Bank Technique” notariat orqanları ilə əməkdaşlığı genişləndirir

“Bank Technique” ASC notariat orqanları ilə əməkdaşlığı çərçivəsində, Bakı və Sumqayıt şəhərlərində notariat kontorlarının nəzdində yerləşən şöbələrinin sayını artırır. Notariat əməliyyatlarının icrasının sürətləndirilməsi məqsədilə, Bank, Bakıda 43 saylı (5 mikrorayon, 20 yanvar küç., ev 6) və 12 saylı (İnşaatçılar pr., 28a), Sumqayıt şəhərində 4 saylı (3-cü mikrorayon 3/58) notariat kontorlarının daxilində yeni şöbələri istifadəyə verib.

Azərbaycanca

DəmirBank ad günü olanlar üçün güzəştli kredit təklif edir

DəmirBank ad günündən 15 gün əvvəl və ya 15 gün sonra istehlak kreditləri üzrə müraciət edən müştərilərə illik faiz dərəcəsində 3% endirim təqdim edir. Aksiya 31 dekabr 2014-cü il tarixinədək davam edəcək.

Azərbaycanca

www.bankofbaku.com saytı tam yeni formatda!

Yaranmasının 20 illiyi ərəfəsində “Bank of Baku” korporativ saytını tam yeniləyərək istifadəyə verib. Yenilənmiş sayt bankın yubileyinə həsr edilmiş müxtəlif aksiya və tədbirlər sırasında ilk yenilikdir.Yeni sayt sadələşdirilmiş istifadə sistemi ilə seçilir. Yenilənmiş sayt bankın korporativ standartlarına uyğun olaraq fərqli vizual görüntü və məzmunu ilə seçilir.

Azərbaycanca

AtaBank presents loan payments via “MilliOn” terminals.

Now AtaBank’s customers will be able to pay their credits without going to bank. It’s possible as a result of joining Atabank to “MilliOn” payment system. The main purpose of this project is ensuring comfort of our clients, because of impossibility of coming to the Bank to payment on working days. But now all AtaBank customers will be able to make their payments via  more than 600 “MilliON” terminals all over the Azerbaijan.

AtaBank-dan "MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə kredit ödənişləri.

Artıq AtaBankın kredit müştəriləri günün istənilən vaxtı, banka gəlmədən öz kredit ödənişlərini həyata keçirə biləcək. Bu, AtaBankın "MilliÖN" ödəniş sisteminə qoşulması nəticəsində mümkün olmuşdur.

Azərbaycanca

DəmirBank Qubada “Komissiyasız günlər” adlı güzəştli kredit aksiyası keçirir

DəmirBank Qubada “Komissiyasız günlər” adlı güzəştli kredit aksiyası keçirir. Aksiya 28 aprel 2014-cü il tarixinədək davam edəcək.

3 ay davam edəcək aksiyanın şərtlərinə görə Quba filialında 1000 AZN-dək kredit götürən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunur.

Azərbaycanca

“Monex-də birinci ol!” bonus proqramının qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir (Foto)

05 yanvar 2014-cü il tarixində paytaxtımızın beynəlxalq otel komplekslərindən birində  “Monex” təcili pul köçürmələri sistemi layihəsi çərçivəsində tərəfdaş bankların əməliyyatçıları üçün “Monex-də birinci ol!” bonus proqramının qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Azərbaycanca

Kapital Bank 2 milyondan artıq müştəriyə xidmət edir

“Kapital Bank” ASC 2013-cü il üzrə fəaliyyət göstəricilərini açıqlayıb. 31 dekabr 2013-cü il tarixinə Kapital Bankın aktivləri 1 048 645 min manat, kredit portfeli 751 334 min manat olub. İl ərzində Bankın ümumi gəlirləri 124 927 min manata (o cümlədən faiz gəlirləri 61 163 min manat, qeyri-faiz gəlirləri 63 764 min manat) çatıb, ümumi xərcləri isə 103 626 min manat təşkil edib. 

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »