Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarına əsasən, ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyat müddəti 30 təqvim günü uzadılıb.
Bu barədə Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun açıqlamasında bildirilir.
