Bu il fevralın 1-nə Azərbaycanda banklararası kreditlər üzrə orta illik faiz dərəcəsi manatda 10,77%, xarici valyutada isə 6,46% təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Bu il fevralın 1-nə Azərbaycanda banklararası kreditlər üzrə orta illik faiz dərəcəsi manatda 10,77%, xarici valyutada isə 6,46% təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Azərbaycanda xarici valyuta ilə yerləşən depozitlərin orta illik faiz dərəcəsi bu il fevralın 1-nə 2,92% təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir ki, bu, məlumatların açıqlandığı 2003-cü ildən indiyə qədər qeydə alınmış ən aşağı faiz dərəcəsidir.
Stresslə qarşılaşdığınız vaxt zəif hiss etməyiniz tamamilə normaldır. Ancaq bu son deyil, hər zaman çıxış yolu var. Düşüncələrinizə, hisslərinizə, həyat tərzinizə və müəyyən hadisələri qəbul etmək üsulunuza nəzarət edərək vəziyyətin ağırlaşmasına mane ola bilərsiniz.
Stressin mənbəyi nədir?
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” adlı birgə yaradıcılıq müsabiqəsinin vaxtı 30 mart 2018-ci il saat 18:00-dək uzadılır.
07 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Cəmiyyətdə qadın menecerin rolu” adlı tədbir keçirilib.
Azərbaycan Mərkəzi Bankı 9 mart tarixinə valyuta məzənnələrini açıqlayıb.
Əgər əvvəllər müştərilər bankları sadəcə kredit və depozit faizlərinə görə seçirdisə və ya evlərinə ən yaxın olan banka getməyi üstün tuturdusa, hazırda müştərilər bankın texnoloji nailiyyətləri tətbiq etməsi, onlayn, sms bankinq, mobil bankinq, cash in xidmətlərinin tətbiqi kimi xüsusiyyətlərə əhəmiyyət verirlər. Bütün bunlar insanların öz vaxtlarını daha düzgün qiymətləndirmək niyyəti ilə bağlıdır.
Azər-Türk Bankda yeni təyinat olub!
Banco.az-a bankın mətbuat xidmətindən verilən məlumata görə, Rasim Hacıyev bankın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilmişdir. R.Hacıyev bundan əvvəl marketinq sahəsi üzrə ölkənin aparıcı biznes qurumlarında çalışmışdır.
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 9-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.
Expressbank-ın bazara yeni təqdim etdiyi “Expesso salary” maaş kartı ilə ölkənin bütün banklarının ATM-lərində 0% komissiyası ilə nağdlaşdırma mümkündür. Bundan əlavə olaraq bu kart bazarda artıq məşhurlaşmış “Expresso” kartının bütün üstünlüklərini özündə cəmləşdirir.