Banco.az | Tezliklə

BOKT-ların kredit portfeli azalıb

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) kredit ittifaqları ilə birlikdə ölkə iqtisadiyyatına kredit qoyuluşu bu il fevralın 1-nə 413,9 mln. manat təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Azərbaycanca

Azərbaycanda milli valyutada əmanətlərin həcmi artmaqda davam edir

2018-ci ilin yanvar ayında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7,497 mlrd. manat təşkil edib ki, bunun da 2 mlrd. 529,6 mln. manatı (33,74%) milli  valyuta, 4 mlrd. 967,4 mln. manatı (66,26%) isə xarici valyuta ilə yerləşdirilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

Azərbaycanca

Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkədir

Xarici turistləri ilk növbədə maraqlandıran suallardan biri də səfər etdikləri yerlərdə onların təhlükəsizliyinin nə dərəcədə təmin olunmasıdır.

Turizmin inkişafı üçün başlıca amillərdən biri ölkədə təhlükəsizliyin və sabitliyin təmin edilməsidir. Bu, ölkənin böyük turizm potensialından da əhəmiyyətli nüansdır.  

Azərbaycanca

AMB-nin banklara və BOKT-lara tələbi 500 milyon manatdan çox artıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının (BOKT) Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri bu il fevralın 1-nə 6 262,2 mln. manat təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, bu, yanvarın 1-i ilə müqayisədə 543,7 mln. manat və yaxud 9,5% çoxdur. 

Azərbaycanca

Bank sektorunun xarici öhdəlikləri ardıcıl 6 aydır azalma göstərir

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri bu il fevralın 1-nə 2 267,2 mln. manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 41,1 mln. manat və yaxud 1,8% azdır. 

Azərbaycanca

Bankir xanımların "8 Mart" təbrikləri

Azərbaycan xanımları zərifliyin, ülviliyin və gözəlliyin rəmzidir. Bütün xanımları "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibəti ilə təbrik edirik.

Onları təbrik etmək üçün bu dəfə, banklarımızın nümayəndələri də bizə qoşuldu. Bankir xanımların arzularını və təbriklərini sizlərlə bölüşürük: 

Azərbaycanca

Azərbaycanda ipoteka kreditləşməsi 45% artıb

Bu ilin yanvar ayında Azərbaycan bankları İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 14,6 mln. manat ipoteka krediti verib. 

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 mln. manat və yaxud 44,6% çoxdur.

Azərbaycanca

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1 695,9 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 69,2 mln. manat və yaxud 4,25% çoxdur.

Azərbaycanca

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Azərbaycan manatının real effektiv məzənnəsi bu il fevralın 1-nə 92,3 bənd təşkil edib. 

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 2,1 faiz bəndi azdır. 

Azərbaycanca

Azərbaycanda kommersiya banklarının xarici borclanması azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 5 mlrd. 804,5 mln. manat və ya 3,56 dəfə azalaraq 2018-ci ilin fevral ayının 1-nə 2 267,2 mln. manat təşkil edib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »