“Yapı Kredi Bank Azərbaycan” – Azərbaycanda özünün mobil bankçılıq tətbiqində “Asanİmza” texnologiyasını istifadə edən ilk bankdır
Mobil bankçılıqda “Asanİmza”-nı tətbiq edən ilk bank


“Yapı Kredi Bank Azərbaycan” – Azərbaycanda özünün mobil bankçılıq tətbiqində “Asanİmza” texnologiyasını istifadə edən ilk bankdır
Bir saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə “Evrobank” müflis elan edilib
Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi lisenziyası ləğv olunan “Evrobank” ASC-nin müflis elan olunması ilə bağlı qərar qəbul edib.
Rusiya iqtisadiyyatında müşahidə olunan tənəzzül prosesi daha da sürətlənib. Bu ilin aprel-iyun aylarının yekunlarına görə, Rusiyada ÜDM-in həcmi illik müqayisədə 4,6% azalıb. Qeyd edək ki, yanvar-mart aylarında iqtisadi yavaşlama 2,2% təşkil edib.
Bu il Azərbaycanda intihar hadisələrinin sayı ötən illərlə müqayisədə kəskin artıb və əsas ortaq cəhət kimi, insanları sıxan maddi durum göstərilir.
Bu gün Çində milli valyuta - yuan rekord həddə devalvasiyaya uğrayıb. Çin iyul ayında ixracdakı kəskin azalmadan sonra yuanı devalvasiya etmək qərarına gəlib. Bu, son 20 ildə ən böyük gündəlik devalvasiya olub. Çin Mərkəzi Bankı yuanın məzənnəsini 1,9% zəiflədib. "Report" xəbər verir ki, Bank bu addımın birdəflik olduğunu və yuanı münasib səviyyədə saxlamaq istədiklərini bildirib.
10 avqust tarixində “NİKOYL” Bankın Bakı şəhəri Puşkin küçəsi 30 ünvanında yerləşən Baş Ofisində “NİKOYL| Səyahət” əmanət aksiyası çərçivəsində iyul ayının yekunlarına görə ikinci lotereya tirajı keçirilmişdir. Növbəti beş əmanətçimiz 1000 AZN dəyərində, cari ilin sonunadək etibarlı olan səyahət kuponu əldə etmişdir.
İpoteka kreditlərinin məbləğinin artırılması, faizlərin aşağı salınması ilə bağlı yeniliklərin tətbiq olunacağı tarix açıqlanıb.
ANS TV-nin məlumatına görə, Mərkəzin Bankın elan ediyi ipoteka yenilikləri bu ilin payızında qüvvəyə minəcək. Yeni qaydaların tətbiqi üçün ilk növbədə qanunvericiliyə dəyişiklik edilməlidir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39 dollar azalaraq 44,57 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 0,38 dollar azalaraq 50,03 dollar olub.
Bu gün avqustun 10-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
"Bank Technique" ASC-nin müştəriləri sahib olduqları plastik kartların depozit hesablarından vəsaitlərini nağdlaşdıra bilmirlər. Bu barədə Banco.az "Report"a istinadən xəbər verib.