Birgə aksiya çərçivəsində, “Bank Technique” ASC “CONTACT” ödəmə sistemi üzərindən Azərbaycandan qonşu ölkələrə təcili pul köçürmələrini daha əlverişli şərtlərlə təklif edir.
Belə ki, aksiya müddəti Azərbaycandan Gürcüstan, Belarus, Moldova, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Latviya, Litva və Estoniyaya pul köçürmələrinə “CONTACT” sisteminin xüsusi tarifi tətbiq edilir:
Bolkart MasterCard-la partnyor olmayan məkanlarda da 3 aya ödə!
Artıq Bolkart MasterCard sahibləri Bolkart şəbəkəsinə aid olmayan ticarət obyektlərində və internetdə daha münasib ödəmə şərtilə alış-veriş edə bilərlər. Belə ki, Bolkart şəbəkəsi xaricində olan mağazalarda (məsələn, Zara, Bershka, Music Gallery) alış-veriş etmək istəyən kart sahibləri ənənəvi 1 aylıq deyil, 3 aylıq ödəniş müddəti əldə edə bilərlər.
DəmirBank ənənəvi Beynəlxalq Əmanətlər Günü ilə bağlı aksiya keçirir
DəmirBank Azərbaycanda ikinci ildir keçirilən 31 oktyabr – Beynəlxalq Əmanətlər Günü münasibəti ilə sosial aksiyaya start verib.
Mərkəzi Bankın təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyası, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) və Əmanətlərin Sığortalanması Fondunun dəstəyi ilə keçirilən tədbirlər noyabr ayı ərzində davam edəcək. Aksiyaya DəmirBank-la yanaşı Azərbaycanın daha 8 bankı qatılıb.
“FINCA Azerbaijan”dan Yeni Sosial Layihə
Sosial qayğıya ehtiyacı olan ailələrin və kimsəsiz uşaqların həyat səviyyəsinin yaxşılaşdırmasına hər zaman dəstək olmağa çalışan “FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatı bu istiqamətdə növbəti layihəyə imza atdı. Oktyabr ayından etibarən “FINCA Azerbaijan” “Azərbaycan Sosial İş” İctimai Birliyi ilə əməkdaşlıq edərək Mərdəkan qəsəbəsində fəaliyyət göstərən Ailə, Uşaq və Gənc Təlim və Məsləhət Mərkəzinə maliyyə dəstəyi göstərəcəkdir.
Muğanbankın baş ofisində istiqrazlar üzrə 32-ci tiraj keçiriləcəkdir
“Muğanbank” ASC-nin baş ofisində oktyabrın 30-da adsız istiqrazların sayca 32-ci tirajı keçiriləcəkdir.
Məhsula olan yüksək tələbatı və çoxsaylı istiqraz sahiblərinin maraqlarını nəzərə alaraq tirajın gedişi canlı yayımlanır. Canlı yayımı qeyd olunmuş “link”dən izləmək mümkündür.
TuranBank nizamnamə kapitalını 10% artırır
TuranBank nizamnamə kapitalını artırmaq məqsədilə 4 milyon 154 manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınması prosesinə başlamışdır. Səhmlərin buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra onların Bakı Fond Birjasında yerləşdirilməsi aparılacaq.
"Amrahbank" kapitalını yeni normativə çatdırır
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Amrahbank" ASC-nin 20 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
QKDK-nin rəsmi saytına istinadən, prospekt çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 200 min ədəd səhm buraxılıb.
DəmirBank korporativ saytında onlayn kredit ödənişləri xidmətini tətbiq edib
DəmirBank həftənin bütün günləri 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə www.demirbank.az saytından onlayn qaydada kredit ödənişlərinin qəbuluna başlayıb.
Parabankdan daha bir bonus...
Pul köçür, bonus al,
Parabankdan razı qal!
İndi Parabank pul köçürmələri edən müştərilərinə daha bir bonus kompaniyası təqdim edir. Müştərilərin göndərdiyi və aldığı məbləğdən asılı olaraq onlara plastik kart və danışıq konturları hədiyyə olaraq təqdim olunacaq.
“AtaBank” ASC “Nağsdız ödə, nağd qazan” kampaniyasında 35 695 AZN pul mükafatı qazanılıb
“AtaBank” ASC-nin 1 mart 2013-cü il tarixindən start verdiyi "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasının başladığı müddət ərzində 19 801 ədəd lotoreya bileti paylanılmış və uduş kampaniyasında iştirak edən müştərilərin lotoreya biletləri əsasında 35 695 AZN pul mükafatı qazanılmışdır. “AtaBank” ASC-nin keçirdiyi "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasında qalan lotoreya biletlərinin sayı 10 193 ədəd təşkil edir.