TuranBank, 8-13 noyabr tarixləri aralığında peşə bayramları münasibətilə Bakı Metropoliteninin əməkdaşları üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir! Göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.
Muğanbank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə maliyyə müqaviləsi imzalayıb
“Muğanbank” ASC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə üç milyon dollar məbləğində maliyyə müqaviləsi imzalayıb. Bu barədə bankın İctimaiyyətlə Əlaqələr şöbəsinin məlumatında deyilir.
Müqavilə çərçivəsində alınacaq vəsaitlər istehsal, ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdəki kiçik və orta sahibkarların layihələrinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Kapital Bank ötən il Daşkəsən filialında baş vermiş pozuntulara aydınlıq gətirdi
Kapital Bankın Daşkəsən rayon filialının bir neçə əməkdaşı barədə 2012-ci ildə açılmış cinayət işinin istintaqının yekunlaşması barədə yayılan məlumatlara Bankın mətbuat xidmətindən də münasibət bildirilib.
DəmirBank və Qara Dəniz Ticarət və İnkişaf Bankı növbəti kredit müqaviləsini imzalayıb
DəmirBank Qara Dəniz Ticarət və İnkişaf Bankından yeni maliyyə vəsaitinin cəlb olunmasına dair razılaşma imzalayıb. Müqaviləyə əsasən Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən DəmirBank-a 10 milyon ABŞ dolları məbləğində vəsait ayrılacaq.
“AtaBank” ASC və “Visa İnternational” ilə birgə təşkil edilmiş lotereya oyununun qalibləri müəyyən olundu
“AtaBank” ASC və “Visa İnternational” beynəlxalq ödəniş sistemi ilə birgə təşkil edilmiş «Oturduğun yerdən Hədiyyə qazan» lotereyasının tirajı noyabr ayının 2-də keçirilmişdir. Lotereyada iştirak edən elektron biletlərin sayı 41677 ədəd təşkil edib.
Lotereyanın əsas mükafatı Chevrolet Aveo avtomobili idi. Bundan başqa, 10 ədəd Sony Experia Z smartfonu və hər biri 50 manat dəyərində olan 100 ədəd Hesab.az hədiyyə kartları oynanılıb.
Bolkart ilə “Baku Electronics”-də alış-veriş başladı: 6 aylıq müddətə nağd qiymətinə!
Artıq Bolkart sahibləri ölkəmizin ən böyük məişət texnikası mağazaları şəbəkəsindən olan “Baku Electronics”-də alış-verişə dəvət edilir. Kart sahibləri arzu etdikəri malı 6 aylıq müddətə nağd qiymətinə ala bilərlər.
Bolkartın keçərli olduğu “Baku Elecrtonics”-in mərkəzi mağazasının ünvanı: Ə.Naxçıvani küç. 3066 .
Yeni istehlakçı kredit xətti "Yeni evlilər"
İndi yeni ailələr asanlıqla zaminsiz və iş yerindən arayışsız 1500 AZN-ədək kredit əldə edə bilərlər.
Məhsul 2013-cü ildə nigahlarını rəsmi qeyd etmiş ailələrin istənilən istehlak ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.
Kreditin maksimal müddəti - 18 ay
Kredit üzrə nominal faiz dərəcəsi - 30%.
FIFD - 36.08%-dən.
UNİBANK-dan DAHA BİR İLK
UnibankAzərbaycan bank bazarı üçün bir yeniliyə imza atdı. Müştərilərə xidmət səviyyəsini daim yaxşılaşdırmağı qarşısına məqsəd qoyan Unibank, ölkə bank bazarında ilk dəfə olaraq yeni kommunikasiya kanalından istifadə etməyə başlayıb. Layihə bank müştərilərinə səsli mesajların çatdırılmasını nəzərdə tutur. Səsli mesajlarla müştərilərəonların kredit ödənişi tarixi, ödəniş kanalları, digər xidmət və məhsullar haqda məlumat veriləcək.
Parabank-dan "LOMBARD +" krediti kompaniyası davam edir
İndi Siz ən əlverişli şərtlər ilə girovun 200 % həcminədək "Lombard +" kreditini əldə edə biləcəksiniz. Parabankın filiallarına yaxınlaşaraq 10 dəqiqə ərzində kreditinizi alın.
Məbləğ: 15 000 AZN-dək
Müddət: 36 aya - dək
FİFD: 29.9 %-dən
Əlavə məlumat üçün 139 məlumat mərkəzinə müraciət edə bilərsiniz.
Azərbaycan Beynəlxalq Bankı pensiya kartı sahibləri üçün yeni “ Pensiya+ ” proqramını təqdim edir
Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartlarına 100 (yüz) AZN məbləğində faizsiz kredit limiti açılmışdır. Buna görə pensiyaçıdan heç bir əlavə komisyon haqqı tələb olunmur. Pensiyaçı ona ayrılmış bu limiti ATM - də nağdlaşdıra bilməz, yalnız layihə çərçivəsində ABB ilə müqavilə imzalamış ticarət obyektlərində (supermartketlər, apteklər)istədiyi zaman xərcləyə bilər. Yaranmış borc növbəti ay pensiyaçının kartına mədaxil olunacaq pensiya vəsaiti hesabına bağlanır.