Ölkədə təhsilin inkişafına böyük önəm verən Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq daha bir faydalı əməkdaşlığa başlayıb. Belə ki, Kapital Bank «Azərbaycan üçün öyrət” (“TeachforAzerbaijan”) beynəlxalq təhsil proqramının rəsmi tərəfdaşı oldu. Bununla bağlı təşkil edilən təqdimat mərasimində Təhsil Nazirliyi və Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb.
Kapital Bank “Azərbaycan üçün öyrət” layihəsinin rəsmi tərəfdaşıdır

