Müştərilərinə göstərilən bank xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, onlarla qarşılıqlı potensial əməkdaşlığın inkişaf etdirilməsi əsas prioritetlərindən olan “Amrahbank”ın Qara Qaryev filialı artıq yeni ünvanda, Şirin Mirzəyev küçəsi 58 ünvanında fəaliyət göstərəcək.
Müştərilərin rahatlığı baxımından daha münasib yerdə yerləşən Qara Qarayev filialı təqribən 550 kv. metr sahəni əhatə etməklə, xüsusi tikilmiş iki mərtəbəli binada fəaliyət göstərəcəkdir.