31 oktyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.
ABA-nın Rəyasət Heyətinin iclası keçirilib
31 oktyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.
Bankın məcmu kapitalının əsas məqsədi bankın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığının təmin edilməsidir. Məcmu kapital bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldımasına, əmanətçilərin və potensial investorların bank sisteminə etimadının artırılmasına xidmət edir.
31.10.2018-ci il tarixinə pul bazası 9 milyon 153.3 milyon manat təşkil edib.
Oktyabrda pul bazası 281,8 milyon manat artıb. Sentyabrın sonunda cəmi pul bazası 8 milyard 871.5 milyon manat idi.
31.10.2018-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 536.4 milyon dollar təşkil edib. Bu, Sentyabr ayının sonu ilə müqayisədə 1,9 milyon dollar çoxdur.
28.09.2018-ci il tarixində Mərkəzi Bank 5 milyard 534.5 milyon dollar valyuta ehtiyatına malik idi.
"Növbəti ildə faktiki olaraq böyük vergi islahatına gedirik. Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən vaxt ərzində dövlət büdcəsinin gəlirinin bir hissəsindən faktiki olaraq imtina edirik".
Bu barədə maliyyə naziri Samir Şərifov bildirib.
KFC şirkəti çox maraqlı aksiyaya start verib. Şirkət ona ünvanlanmış mənfi rəyləri reklam formasına salaraq müxtəlif portal və jurnallarda yayımlayıb. Təəccüblüdür ki, şirkətin bu davranışı çox maraqla qarşılanıb. Reklam reklamdır prinsipini əsas tutan şirkət bu mövzuda anti-təbliğatı öz xeyrinə olacaq şəkildə dəyərləndirib. Bunun üçün şirkət müştərilərin onun sosial media vasitələrinə ünvanladığı tənqidləri dəyərləndirib.
2018-ci ilin üçüncü rübündə kommersiya banklarının balans kapitallarının cəmi 4 mlrd manatdan çox olmuşdur. Banklarımızın balans kapitalına görə birinci yeri beynəlxalq bank, sonuncu yeri isə Pakistan milli bankıdır. Cəmi 4 bankın balans kapitalı 50 mln manatdan az olmuşdur.
Azərbaycan Respublikasının Mərkəzi Bankında Banklar Assosiasiyası (ABA) ilə birlikdə cari ilin 15-16 noyabr tarixlərində keçiriləcək "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumuna hazırlıq çərçivəsində görüş keçirilmişdir.
Bir qədər əvvəl Türkiyənin Statistika İdarəsi infliyasiya göstəricilərini açıqlayıb.
Bu ilin oktyabr ayında qonşu ölkədə qiymətlər 2,67%, son 1 ildə isə 25,24% artıb.
Daim müştərilərinin rahatlığını düşünən Dövlət bankı Azər Türk Bank Bakı Metropoliteninin istismara verilməsinin 51-ci ildönümü və 8 noyabr – Metropoliten İşçilərinin Peşə Bayramı münasibətilə yeni kampaniya keçirməyə qərar verib.