Bundan belə Hyundai, Jeep, Chrysler, Peugeot, Geely, Dodge sahibləri avtomobillərinin ehtiyat hissələrini və servis xərcini Bolkart-la ödəyə bilərlər. Bu, qeyd olunan avtomobil markalarının Azərbaycandakı rəsmi distribütoru olan “Auto Azerbaijan” şirkəti ilə “Bank of Baku” arasında əldə edilmiş razılaşma sayəsində mümkün olub.
Polislər üçün "ÇEVİK KREDİT" 2% endirimlə!
Unibank 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə, bütün daxili işlər orqanlarının əməkdaşlarını təbrik edir. Avqustun 15-dək Unibank-dan kredit götürən bu peşə sahiblərinə 2% endirim ediləcək. Kreditin maksimal məbləği 7.500 AZN, ödəniş müddəti isə 48 ayadəkdir. Üstəlik kampaniya çərçivəsində kredit götürən polislərə böyük imtiyazlar verən üzvlük kredit kartları hədiyyə ediləcək.
Beş nəfər AGBank – ın keçirdiyi “Uduşlu Kupon” kampaniyasının qalibi oldu!
AGBankın artıq uzun müddət keçirdiyi Uduşlu Kupon kampaniyasının növbəti qalibləri, Şərifli Səməd Əlibala oğlu, Ağayev Oqtay Əlimirzə oğlu, Novruzov Qəşəm Ziyafət oğlu, Səfərova Səbinə Malik qızı, Məmmədli Elşən Xalid oğlu oldular.Bütün qaliblər 200 AZN-lik kupon əldə ediblər. Digər bankların müştəriləri olan qaliblər, AG Bank-ın ATM -lərindən istifadə etmiş və qalib olmuşlar. AGBank-ın keçirdiyi və ölkədə bənzəri olmayan bu kampaniya çərçivəsində AGBank – ın bankomatlarına 500 və 200 manatlıq kuponlar yerləşdirilir.
“Bank Standard” MilliÖn ödəmə sisteminə qoşuldu.
İndi Azərbaycanın ən iri banklarından biri sayılan “Bank Standard” MilliÖN ödəmə sisteminə qoşuldu. Bu ödəmə sistemilə əməkdaşlıq sayəsində “Bank Standard” öz müştərilərinə kredit ödəmələrini hazırda sayı 1100-ə çatan terminal şəbəkəsilə həyata keçirmək imkanı yaradır. Krediti ödəmə terminalı vasitəsilə həyata keçirmək üçün “Bank xidmətləri” bəndini seçərək “Bank Standard” işarəsini basmaq lazımdır.
Müştərilər Muğanbankın xidmətlərindən artıq yeni ünvanda bəhrələnə bilərlər
Müştərilərə operativ xidməti təmin etmək məqsədilə “Muğanbank” ASC-nin Bakı şəhərində yerləşən “İnvest” filialı yeni ünvana köçmüşdür. Bankın filialı müştəriləri yeni ünvanda: Yasamal rayonu, Ə.Cəmil küçəsi 51-də qəbul edəcəkdir. Əlaqə telefonları (+994 12) 433 04 47; faks: (+994 12) 433 04 48.
«Bank Standard» yeni əməliyyat mərkəzinə keçir
“Bank Standard” müştərilərə göstərdikləri xidmət səviyyəsini mükəmməlləşdirmək üçün yeni əməliyyat mərkəzinə keçib.
Bank of Azerbaijan “Lənkəran” filialının açılışı oldu
Ölkənin maliyyə sektorunun liderlərindən biri olan «Bank of Azerbaijan» əhaliyə təklif olunan xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə hal-hazırda filiallar şəbəkəsinin genişləndirilməsi istiqamətində fəal iş aparır.
Bankımız 2009 – cu ildən qəbul edilən Strateji İnkişaf planına əsasən Filial şəbək
TBC Kredit Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə müqavilə imzaladı.
21 iyunda Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİ) tərəfindən Bakıda təşkil olunmuş biznes forumda TBC Kredit və QDTİ arasında rəsmi kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən TBC Kreditə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün 4 mln.dollar ayrılmışdır.
UNİBANK-da KREDİT ÖDƏ, PUL UDUŞU QAZAN
Unibankda kredit ödəmək daha cəlbedici oldu. İyunun 24-dən avqustun 31-dək Unibank “Kreditinizi ödəyin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereya keçirir. Lotereya müddətində Unibanka olan kredit ödənişlərini ölkə üzrə Azərpoçt filiallarından, Milli Ön paypointlərindən və Online formada (www.unibank.az və www.hesab.az saytlarında) həyata keçirən müştərilər, pul uduşları qazanmaq şansı əldə edəcəklər.
DəmirBank yeni terminallar vasitəsilə kredit ödənişlərinin qəbuluna başlayıb
DəmirBank həftənin bütün günləri 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə yeni ödəniş terminalları vasitəsilə kredit ödənişlərinin qəbuluna başlayıb. Bankın filiallarının fasad hissəsində quraşdırılan terminallarda istənilən vaxtı kredit ödəmək mümkündür.