Azərbaycanda biznes və media əməkdaşlığı dərinləşdikcə onların cəmiyyət qarşısında birgə sosial məsuliyyəti məsələsi də gündəmə gəlir. Bəzi media qurumlarının ötəri kütləvi marağı nəzərə alaraq bayağı reytinq ardınca qaçmasında reklamı reytinqə görə verən biznes qurumlarının məsuliyyəti nədən ibarətdir? Onlar kütləvi informasiya vasitələrini cəmiyyət üçün daha faydalı materiallar hazırlamağa həvəsləndirə bilərlərmi?
Emin Musavi: “Azərbaycan Beynəlxalq Bankı ilə birgə bunu bacardıq”