“Muğanbank” ASC müştərilərə Azərbaycan bank sektorunda yeni məhsul olan “Visa Gift” hədiyyə kartını təklif edir. Hədiyyə kartları layihəsi Muğanbank və VISA International beynəlxalq ödəniş sistemi tərəfindən birgə hazırlanmışdır. Kartların nominal məbləği 50, 100 və 150 AZN təşkil edir və kartı alan zaman ödənilir.
VTB (Azərbaycan) kommunal ödənişlərin qəbulu layihəsini həyata keçirib
Bank VTB Azərbaycan KÖMİS – Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşularaq, müştərilərdən kommunal ödənişlər, cərimələr və rüsumların qəbulu layihəsinə başlayıb. Bu sistemə qoşulmaqla artıq müştərilər işıq, qaz, su, istilik, rabitə, DYP cərimələri və digər rüsumları rahatlıqla filiallarda ödəyə biləcəklər.
"Atrabank"dan aksiya davam edir
"Atrabank" ASC növbəti aksiyası davam edir. İndi plastik kartları daha əlverişli şərtlərlə əldə etmək olar.
Visa Electron - 10 AZN
Visa Classic 35 deyil artıq 20 AZN
Visa Gold 50 deyil 30 AZN
Bank of Azerbaijan bayram günləri də işləyir
Bank of Azerbaijan “Milli Bayraq günü” bayramı münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edir. Bank bayram günlərində də müştərilərinə xidmət etməkdə davam edəcək.
Noyabrın 09-dən 10-dək Bakı şəhərində 18 saylı filial, regionlarda isə “Sumqayıt” və “Gəncə” filialları saat 13.00-dan 22.00 - dək müştərilərə xidmət göstərəcək. 11 noyabr bank üzrə istirahət günüdür.
“Bank Technique” metropoliten işçilərinə sadələşdirilmiş şərtlərlə kredit imkanı yaradır
Bu gün Bakı Metropoliteni işçiləri öz peşə bayramını qeyd edirlər. Metropoliten işçilərini əməkhaqqı kartları ilə təmin edən Bank olaraq, “Bank Technique” onları peşə bayramı münasibətilə tərik edir və güzəştli şərtlərlə kreditlərdən yararlanmağı təklif edir.
Kapital Bankda oktyabr ayının qalibləri müəyyənləşdi
Kapital Bankın filiallarında bank məhsulu və xidmətlərinin satışı ilə məşğul olan işçilərin əməyinin stimullaşdırılması məqsədilə keçirilən müsabiqənin oktyabr ayı üzrə qalibləri məlum olub.
İndi MilliÖn terminallarında tək kredit yox, həm də debet kartlarınızın hesablarına pul qoya biləcəksiniz.
Bank Standard MilliÖn xidməti ilə əməkdaşlıq çərçivəsində bankın müştərilərinə göstərilən xidmətlərin arasına yeni birisini əlavə etdi. İndi Bank Standard tərəfindən buraxılan bütün aktiv debet kartların* sabiləri MilliÖn terminalları vasitəsi ilə hesablarına pul qoya biləcəklər.
Pulu hesaba iki növ pul vahidində - ABŞ dolları və AZN-da alınan kartların sahibləri qoya bilərlər. Əməliyyatı MilliÖn-a məxsus bütün terminallarda etmək mümkündür.
NBC Bank ASC ADIU-nin professorları ilə görüş keçirib
02 Noyabr 2013-cü il tarixində NBC Bank ASC-nin Baş ofisində Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi” Kafedrasının müdiri, İqtisad elmləri doktoru, Professor Məmmədov Zahid Fərrux oğlu və ADIU-nin “Bank işi” kafedrasının tanımış dosenti Rzayev Ramiz Mürsəl oğlu tərəfindən Bank əməkdaşlarına seminar keçirilib. Seminarda “Qlobal maliyyə böhranı, antiböhran siyasəti: dünya təcrübəsi və Azərbaycan reallıqları” mövzusu müzakirə edilmişdir.
“Azərbaycan Beynəlxalq Bankı”nda xidmət olunan bütün pensiya kartlarına 100 (yüz) AZN məbləğində faizsiz kredit limiti açılıb.
Banka istinadən verilən xəbərə görə, buna görə pensiyaçıdan heç bir əlavə komisyon haqqı tələb olunmur.
Bank BTB “Classic qiymətinə Gold, Gold qiymətinə Platinum” kampaniyasını elan edir
Noyabrın 1-dən Bank BTB yeni endirim kampaniyasına start verdi. İndi Visa premium kartlarının qiyməti daha əlverişli olur. Kampaniya çərçivəsində Visa Gold kartını 20 AZN, Visa Platinum kartını isə cəmi 25 AZN-ə əldə etmək mümkündür. Üstəlik plastik kartı sifariş etdikdə sığorta depoziti tələb olunmur. Bu kampaniyanın əsas məqsədi nağdsız ödənişləri stimullaşdırmaq və müştəri məmnuniyyətini artırmaqdır. Cəlbedici qiymətlərlə premium kartlarını almaq imkanı 20 dekabr 2013-cü il tarixinədək olacaqdır.