NIKOIL | Bank daima əhaliyə ən mükəmməl bank xidmətlərini təklif edir. Bugün biz, nəinki, sürətli və rahat, hətta daha sərfəli pul köçürmə sistemlərini təklif edirik. Bugündən etibarən beynəlxalq pul köçürmə sistemlərinin hər hansı birindən istifadə etdikdə, NIKOIL | Bank tərəfindən müştəriyə Bakcell danışıq dəqiqələri hədiyyə ediləcəkdir. Müştəri500-1000 ş.v.
Unibank-dan hədiyyəli yay krediti
Unibank-dan sərfəli manat krediti götürməyin əsl vaxtıdır. Çünki bankda hədiyyəli kredit kampaniyası başlayıb. Yay kampaniyası çərçivəsində rəsmi iş yeri olan hərkəs, bank filiallarına 5000 AZN-dək kredit üçün müraciət edə bilər. Kreditlər 2 ilədək müddətə verilir. Kampaniya müddətində nağd kredit götürən müştərilərə ALBALI PLUS debet kartı hədiyyə veriləcək. Kampaniya avqustun 18-dək davam edəcək.
Kapital Bank-ın yenilənmiş Lerik filialı istifadəyə verildi
Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yenilənmiş Lerik filialını istifadəyə verib. Yeni konsepsiya əsasında təmir edilən filial Lerik rayonu, Camal Şahiyevküçəsi 3A (köhnə Avtovağzalın yanında) ünvanında yerləşir. Artıq Lerik və ətraf qəsəbələrin sakinləri yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
"Tax-free" sistemi ilə bağlı müvəkkil bank məlum olub
Azərbaycanda "Tax-free" sisteminin tətbiqi ilə bağlı dövlət qurumlarının əməkdaşlıq edəcəyi kommersiya bankı məlum olub.
"Report" xəbər verir ki, Vergilər Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müvəkkil bank kimi "Bank Silk Vey" ASC-ni seçib.
Bu günə olan rəsmi məzənnə (18.07.2016)
Azərbaycan Mərkəzi Bankı 18 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, iyulun 18-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5600 manat təşkil edir.
Azərbaycanda Maliyyə Sabitliyi Şurası yaradılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Sabi
İyulun 18-nə dolların məzənnəsi açıqlanıb
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 18.07.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5600 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, iyulun 15-də USD/AZN rəsmi məzənnəsi 1,5581 səviyyəsində olub.
2015-ci ilin ən varlı ölkələri
Bildiyimiz kimi, ÜDM önəmli iqtisadi göstəricilərdən biridir, adambaşına düşən ÜDM-nin yüksək olması isə həyat səviyyəsinin yüksək olmasından, ölkənin iqtisadi artımından və inkişafından xəbər verir.
Mərkəzi Bankın səlahiyyətləri azaldılıb
Azərbaycan Mərkəzi Bankının səlahiyyətləri azaldılıb.
“Report”un məlumatına görə, bu, dövlət başçısının “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalamasından sonra mümkün olub.
AccessBank keçirdiyi əmanət kampaniyasının müddətini uzatdı
AccessBank müştərilərin daha çox gəlir əldə etməsi üçün keçirdiyi əmanət kampaniyasının müddətini 29 iyuladək uzatdı!
Kampaniyanın şərtlərinə əsasən AccessBank manatla olan Müddətli əmanətlərin faiz dərəcələrini artıraraq 18%-ə çatdırdı. Kampaniyanın şərtləri həm fiziki, həm də hüquqi şəxslərə şamil olunur.