Banco.az | Tezliklə

Huawei ABŞ Ticarət Nazirliyinin qərarını gözləyir

Çinin telekommunikasiya nəhəngi Huawei, yeni ağıllı telefonlarında Android əməliyyat sistemini istifadə edib etməyəcəyi barədə ABŞ Ticarət Nazirliyinin verəcəyi qərarı gözləyir.

Azərbaycanca

Expressbank-ın «Yasamal» filialı ünvanını dəyişir

Müştərilərə təqdim etdiyi geniş bank məhsulu və yüksək xidməti ilə fərqlənən, ölkənin aparıcı banklarından olan Expressbank-ın «Yasamal» filialı ünvanını dəyişir. Yeni mövsümdə müştərilərə daha çevik və rahat xidmət üçün filialda müasir xidmət sahəsi yaradılacaq. Yasamal rayonu, Həsən Bəy Zərdabi prospekti 92A ünvanında yerləşəcək yeni filial geniş əməliyyat zalına malik olacaq və bank işçiləri həm fiziki, həm də hüquqi şəxslərə yüksək xidmət göstərməkdə davam edəcək.

Azərbaycanca

Sığortaolunanların vahid reyestri yaradılacaq

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilmiş "Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar" adlı Beynəlxalq Sığorta Forumunda bəyan edib ki, Azərbaycanda sığorta sektorunda son 3 ildə 64 faiz artım qeydə alınıb. Qeyd edib ki, artıq aqrar sığorta və müştərək sığorta məhsullarının tətbiq olunması üçün qanunvericilikdə müvafiq təkmilləşdirmələr aparılıb, yeni sənədlər qəbul edilib.

Azərbaycanca

Tramp ABŞ şirkətlərinin "Huawei"yə proqram təminatı satmasına icazə verib

G20 ölkə rəhbərlərinin Yaponiyada keçirilmiş zirvə toplantısı zamanı Çində istehsal edilən "Huawei" mobil telefon istifadəçilərinin maraqla izlədikləri bir məsələyə aydınlıq gətirilib. ABŞ Prezidenti Donald Tramp Çinin dövlət rəhbəri Si Cinpin ilə görüşündən sonra iki ölkənin ticarət və əlavə gömrük vergilərinin tətbiqi ilə bağlı problemlərin həlli üçün yenidən müzakirələrə qayıdacağını bəyan edib.

Azərbaycanca

İyul ayının son hərracı elan edilib

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac iyulun 30-da keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bu dəfə hərraca çıxarılan səhmdar cəmiyyətləri Bakı, Sumqayıt, Kürdəmir, Beyləqan kimi şəhər və rayonlarda yerləşir. İnvestorlar "Bərdə Kərpic", "Azinterservis", "Şəmkir Nəqliyyat Ekspedisiya" kimi dövlət əmlaklarının 30- 45 faizlik səhm paketlərinin özəlləşməsində iştirak edə bilərlər.

Azərbaycanca

Yeni proqramın həyata keçirilməsinə başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, işəgötürənlər Dövlət Məşğulluq Xidmətinin göndərişi əsasında əmək müqaviləsi bağlayaraq müvafiq iş yerinə işə qəbul olunmuş işsiz şəxslərin əməkhaqqının 50 faizinin İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər.

Azərbaycanca

OPEC qərarını açıqladı

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC), neftə tələbin azalağı gözlənildiyinə görə, neft hasilatının azaldılması müqaviləsinin 9 ay uzadılmasına qərar verib. 

Qərarın OPEC üzvü olmayanlar tərəfindən təsdiq olunması lazımdır.  

Azərbaycanca

Bank kartlarının sayı 7 milyon ədədə yaxınlaşdı

2019-cu ilin May ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 968 min ədəd təşkil edib.

Aprel ayının sonu ilə müqayisədə Mayda cəmi ödəniş kartlarının sayı 247 min ədəd artıb. Böyük sayda artım, Mayda dollar kreditlərinə kompensasiya alanlara kartların verilməsi ilə əlaqədardır.

Azərbaycanca

"Neft hasilatının azaldılması qərarı daha 9 ay uzadılır"

Venesuelanın neft naziri, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Konfransının sədri Manuel Quevedo, gündəlik neft hasilatını azaltmaq qərarının daha 9 ay uzadıldığını açıqlayıb. 

Azərbaycanca

Azərbaycan neftinin son qiyməti

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,92 ABŞ dolları və yaxud 1,36% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,75 dollar təşkil edib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »