Banco.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata əsasən Azərbaycanda bankomatların ümumi sayı 2016-cı il iyunun 1-nə 2 573 ATM təşkil edib.
Depozitlərdə artım müşahidə olunur
Banco.az-ın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə məcmu bank depozitlərinin həcmi 2016-cı ilin 1 iyununda 23 148,1 mln. manat təşkil edib. Bu göstərici may ayının 1-i ilə müqayisədə 590 mln. manat və ya 2,61% çoxdur.
Ölkədə POS-terminalların sayı azalıb
Mərkəzi Bankdan alınan məlumata əsasən, ölkəmizdə 2016-cı ilin may ayı ərzində POS-terminalların ümumi sayı 0,02% və ya 15 ədəd azalaraq, 73 945 ədəd təşkil edib.
"Banco.az"ın verdiyi xəbərə görə, ilin əvvəli ilə müqayisədə POS-terminalların sayı 6 356 ədəd və ya 7,92% azalıb.
Fiziki şəxslərin əmanətləri azalıb
"Banco.az"ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə ölkədə fiziki şəxslərin bank əmanətlərinin həcmi 2016-cı il iyunun 1-nə 7 566 mln. manat təşkil edib. Mayın 1-nə nisbətən əmanətlərin həcmi119,9 mln. manat və ya 1,54% azalıb.
2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 35,1mln. manat və ya 0,46% azalıb.
Azərbaycanda problemli kreditlər artıb
Azərbaycan banklarının kredit portfelində problemli kreditlərin həcmi artıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı hesabata əsasən, kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi iyun ayının 1-ə 1 514,2 mln. manat təşkil edib.
Banco TV-nin ilk buraxılışının qalibi mükafatlandırıldı
Banco.az-ın yaratmış olduğu "BancoTV" məlum olduğu kimi ilk buraxılışını artıq yayımlayıb.
BirKart artıq Gəncədə!
Kapital Bank-ın BirKart məhsulunu artıq Gəncə sakinləri də əldə edə bilərlər. Maaş və ya pensiyasını Kapital Bank-dan alan müştərilər Bankın Gəncə və ya Kəpəz filiallarına yaxınlaşıb, kartı əldə edə bilərlər.
Приветствуются планы создания единого оператора железной дороги Баку-Тбилиси-Карс
Азербайджанские эксперты приветствуют планы создания единого оператора железной дороги Баку-Тбилиси-Карс, которые объявил на заседании координационного совета этого проекта министр транспорта Азербайджана Зия Мамедов.
Ölkənin aparıcı bankının rəhbərliyində dəyişiklik olub
Azərbaycan Beynəlxalq Bankının rəhbərliyində dəyişiklik olub.
Elmir Həbibullayev İdarə Heyəti sədrinin müavini təyin olunub. Bu təyinata qədər E. Həbibullayev uzun müddət bankın baş direktoru kimi çalışıb.
Bu günə olan rəsmi məzənnə (11.07.2016)
Azərbaycan Mərkəzi Bankı 11 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, iyulun 11-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5487 manat təşkil edir.