Bu gün Milli mətbuat və Jurnalistika günü kimi qeyd edilir.
Həsən bəy Zərdabinin bünövrəsini qoyduğu Azərbaycan mətbuatının bu il 141 yaşı tamam olur.
Bu gün Milli mətbuat və Jurnalistika günü kimi qeyd edilir.
Həsən bəy Zərdabinin bünövrəsini qoyduğu Azərbaycan mətbuatının bu il 141 yaşı tamam olur.
Nikoloz Şurgaia Nikoil Bankın idarə heyətinə sədr təyin edilib. Bu barədə bu gün bankın mətbuat xidmətindən rəsmi açıqlamada bildirilmişdir. O, bu vəzifədə 2005-ci ildən bankın idarə heyətinin sədri vəzifəsində çalışan Vasiliy Viktoroviç Xamazanı əvəz etmişdir.
Bakı. 22 iyul. REPORT.AZ/ Ləğvetmə prosesində bankların əmlakları online satışa çıxarılacaq.
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.
Kapital Bank-ın Gənclik Mall ticarət-əyləncə mərkəzində yerləşən filialı şənbə və bazar günləri, saat 11:00-dan 21:00-dək fəaliyyət göstərir. Müştərilər həmin günlər bu filialda valyuta mübadiləsi, terminal ödənişləri edə, həmçinin nağd pul krediti ala və Gənclik Mall–dakı tərəfdaş mağazada məişət əşyasını kreditlə əldə edə bilərlər.
Gülə-gülə xərcləyib, xırda-xırda ödəmək hər zaman xoşdur. Daim müştərilərinin qayğısında olan Expressbank məhz bu ifadədən irəli gələrək, Smilecard taksit kart məhsulunu təklif edir.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sağlamlaşdırılması həyata keçirilən “Bank Standard” QSC-də əmanətçilərinin xarici valyutada olan pulunun manatla, alış məzənnəsinə uyğun qaytarılmasına münasibət bildirib.
Azərbaycan Beynəlxalq Bankı və Bank Standarddan başqa ölkədə bu gün problemli bank yoxdur.
Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
Azərbaycanda lisenziyası ləğv edilmiş 4 bankdan biri – “Parabank” ASC-nin səhmdarları bank olmayan kredit təşkilatı (BOKT) kimi maliyyə bazarında iştirakını davam etdirmək niyyətindədir. “Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.