Almaniyada istehlakçı qiymətləri indeksi Avqust ayında illik müqayisədə 1 faiz artıb. Bu, proqnozdan aşağıdır.
Almaniyada inflyasiya Avqustda təəccüblü şəkildə zəifləyib
Almaniyada istehlakçı qiymətləri indeksi Avqust ayında illik müqayisədə 1 faiz artıb. Bu, proqnozdan aşağıdır.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 24 faiz (4,1 mln. manat) artım qeydə alınıb. Bu artımın əsas səbəbi son dövrlər daşınmaz əmlakın icbari sığortası üzrə həyata keçirilmiş tədbirlərlə bağlıdır.
Azərbaycanda biznesin, xüsusilə kiçik sahibkarlıq subyektlərinin inkişafı daşınmaz əmlaka tələbatı artırıb. İşə yeni başlayan şirkətlər əmlakları icarəyə götürməyə üstünlük verirlər. Bu zaman həm icarəçilərin, həm də əmlak sahiblərinin vergi öhdəlikləri meydana çıxır. Ona görə də iş adamları bu məqamları öncədən aydınlaşdırmağa çalışırlar.
Son vaxtlar dünyanın iqtisadiyyat yeniliklərində aktuallıq daşıyan mövzulardan biri də həm Avropa İttifaqının, həm də Avropanın ayrı-ayrı ölkələrinin texnologiya nəhənglərinin vergiyə cəlb edilməsi ilə bağlı cəhdlərdir. Burada həssas məqamlardan biri də Avropa ölkələrinin texnologiya sahəsində rəqabət qabiliyyəti ilə bağlıdır.
"Atmosfer havası ilə bağlı aparılan monitorinqlər göstərir ki, isti yay günlərində küləksiz, yüksək temperatur olan dövrlərdə atmosfer havasının çirklənməsi daha intensiv xarakter alır". Bu fikirləri mətbuata Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib. Onun sözlərinə görə, hazırda paytaxtda havanın çirklənməsinin 70 faizdən çoxu avtonəqliyyat vasitələrinin payına düşür: "15-20 il əvvəl bu rəqəm tam əksinə idi.
Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan terminalından 3,29 mlrd. barelə yaxın neft yola salınıb. BIL-dən APA-ya verilən məlumata görə, hesabat dövründə terminalda 4.283 tanker yüklənilib. Bu il Ceyhan neft terminalından ümumilikdə 159,15 mln. barel neft və 198 tanker yüklənilib.
"Azfen" birgə müəssisəsi (SOCAR 60 faiz, "Tekfen İnşaat" 40 faiz) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində yeni platformanın ("Mərkəzi-Şərqi Azəri") tikinti və montaj işlərini həyata keçirəcək. "Tekfen Holding"in yaydığı məlumatda bildirilib ki, AÇG-nin operatoru "BP-Exploration" şirkəti ilə 486,3 mln. dollar dəyərində müqavilə imzalanıb.
Bu ilin yeddi ayında Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 142,17 mln. barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,6 faiz azdır. "BOTAŞ" şirkətinin məlumatina görə, ötən ilin yanvar-iyul aylarında kəmər vasitəsilə Türkiyə ərazisindən 147,43 mln. barelə yaxın neft nəql edilib. BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil olunan neft idxal edilir.
ABŞ-da yüksək gəlir qrupunun mənzildən qiymətli əşyalara xərclərini azaltması durğunluğun buradan başladığı narahatlıqlarını da "alovlandırır"
ABŞ-dakı orta sinif xərclərini davam etdirərkən, mütəxəssislər, varlı sinfin xərclərini azaltmasının iqtisadiyyata və iqtisadi artıma mənfi təsir edəcəyini bildirirlər.
Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.