31 İyul 2019-cu il tarixinə 13 milyard 681,3 milyon manatlıq cəmi kredit qoyuluşlarının 10,9%-i və ya 1 milyard 487,4 milyon manatı problemli (ödəmə vaxtı keçmiş kredit) olub.
Problemli kreditlər yenidən artdı
31 İyul 2019-cu il tarixinə 13 milyard 681,3 milyon manatlıq cəmi kredit qoyuluşlarının 10,9%-i və ya 1 milyard 487,4 milyon manatı problemli (ödəmə vaxtı keçmiş kredit) olub.
Saat 11:00-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.
Avro Dollar qarşısında ucuzlaşmaqda davam edir.
Avropanın ortaq valyutası Dolların qarşında 0,20% də dəyərdən düşüb və qiyməti 1.1038 avro olub (Bakı vaxtı ilə saat 10:30-a olan məlumat).
ABŞ prezidenti Tramp və yaxın ətrafının ictimaiyyətə açıqlamalarında ABŞ-Çin danışıqlarının müsbət yöndə getməsi barədə açıqlamalarla çıxış edirlər. Buna baxmayaraq ABŞ Dövlət departamentində tariflərin artırılması ilə bağlı müvafiq sənəd qeydiyyatdan keçib. Bu deməkdir ki, nəzərdə tutulan vaxtda tariflərin artırılması qüvvəyə minəcək. Bu xəbər sakit liman aktivlərinin (qızıl, yen, isveç frankı) müvəqqəti tərk olunmasına səbəb olub.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 285 milyon 604 min manat sığorta haqqı toplanılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% azdır.
Azərbaycanda tibbi sığorta üzrə toplanan sığorta haqları artıb, ödənişlər isə azalıb.
2019-cu ilin 7 ayında könüllü tibbi sığorta üzrə 67 milyon 851 min manat sığorta haqları toplanıb, 30 milyon 199 min manat sığorta ödənişləri həyata keçirilib.
İnsan Resurslarının İdarəedilməsi departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi
Tələblər :
Cari ilin birinci yarısında dünyanın ən böyük 12 neft şirkətinin gəlirləri və xalis mənfəəti azalıb. Bu ilin yanvar-iyun ayları ərzində ABŞ-ın "ExxonMobil", "Chevron", "ConocoPhillips", "Halliburton", "Schlumberger", "Baker Hughes", Hollandiyanın "Royal Dutch Shell", İngiltərənin BP, Fransanın "Total", İtalyanın "Eni", Rusiyanın "Rosneft" və Norveçli "Equinor" şirkətlərinin ümumi gəlirləri 3,5 faiz azalaraq 789,4 milyard dollar olub.
Bir çox MDB ölkələrində institusional mühitin keyfiyyəti əhalinin müqayisəli gəlir səviyyəsi ilə digər ölkələrə nisbətən daha aşağıdır. Əksər MDB ölkələrində iqtisadi islahatlar aparılsa da, bir çox hallarda onların tərəqqi tempi getdikcə zəifləyir və ya az nəzərə çarpır. Bu barədə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yeni hesabatında deyilir.
Rusiya mətbuatının məlumatına görə, bu ölkənin Kirov, Kostroma, Saratov, Ryazan, Vladimir, Moskva, Bryansk bölgələrini təmsil edən 30-dan çox şirkətin təmsilçilərinin Azərbaycana işgüzar missiyası başlayıb. Səfər çərçivəsində sahibkarlar öz şirkətlərinin fəaliyyət və investisiya imkanlarını təqdim edəcəklər. İşgüzar missiya Kiçik və Orta İxracatçılar Birliyi və Rusiya İxrac Mərkəzi tərəfindən təşkil olunur.