Bakı Şəhər Statistika İdarəsinin hesabatında qeyd olunur ki, bu ilin yanvar-iyul aylarında paytaxtın ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,9 faiz artaraq 571,3 milyon manat olub. Dövriyyənin 45 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.
Paytaxtın iaşə dövriyyəsi artaraq 571 milyon manat təşkil edib