SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi və yenidən qurulması layihəsinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılıb. Bu fikirləri jurnalistlərə açıqlamasında layihənin direktoru Nihal Allahverdiyev deyib. Bildirilib ki, layihənin birinci mərhələsi çərçivəsində inşa olunan bitum istehsalı qurğusu və maye qazdoldurma stansiyaları 2018-ci ilin sonunda istismara verilib.
Bakı Neft Emalı Zavodunun yenidən qurulması 2025-ci ilədək başa çatdırılacaq