Banco.az | Tezliklə

Azərbaycan neftinin son qiyməti

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,01 ABŞ dolları və yaxud 3,26% artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,56 dollar təşkil edib.

Azərbaycanca

Banklarda Dollar və Avronun qiymətləri

Saat 10:00-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.

Azərbaycanca

Kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azaddır

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində "idxalı və satışı" sözləri ", habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı" sözləri ilə əvəz edilib.

Azərbaycanca

Avroya təsir edə biləcək məlumatlar investorların diqqət mərkəzində!

Parlament mane olmasın...

Dünən birjalarda funtun kəskin ucuzlaşması səbəbi İngiltərənin baş naziri Boris Consonun kraliçaya müraciət edərək parlamentin fəaliyyətini 9 sentyabrdan 14 oktyabradək dayandırılmasına nail olmasıdır. 

Azərbaycanca

Tikinti sektorunda qeyri-dövlət müəssisələrinin payı artır

Bakı Şəhər Statistika İdarəsinin son hesabatında qeyd olunur ki, cari ilin yanvar-iyul aylarında paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 65,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7 faizini əsaslı təmir, 5,2 faizini cari təmir, 22,4 faizini isə sair tikinti işləri təşkil edib. Hesabata əsasən, ümumi inşaat işlərinin 83,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Azərbaycanca

Əhaliyə göstərilən ödənişli xidmətlərlə bağlı məlumatlar açıqlanıb

Bakı Şəhər Statistika İdarəsi növbəti hesabatında yeddi ay ərzində Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlər haqda statistik məlumatlar əksini tapıb. Hesabatda qeyd olunur ki, bu ilin yanvar-iyul aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,7 faiz artaraq 2.930,6 milyon manat təşkil edib.

Azərbaycanca

Paytaxtın ticarət dövriyyəsinin həcmi artaraq 11 milyard 533 milyon manat olub

Bu ilin yanvar-iyul aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq 11.533,2 milyon manat olub.

Azərbaycanca

Gürcüstanda pensiya fondu iqtisadiyyata investisiya qoyacaq

Gürcüstan Respublikasının Pensiya Agentliyinin rəhbəri Levan Surquladze bildirib ki, ölkədə pensiya yığımlarından investisiya qoyuluşu sentyabrın sonunda həyata keçirilməyə başlayacaq.

Azərbaycanca

Azərbaycan Prezidenti Vergi Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı fərman imzalayıb

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1656-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »