Azərbaycanda hasil oluna bilməyən daha 2 milyard ton neft ehtiyatı var.
Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev dekabrın 10-da Bakıda “Baker Hughes” şirkəti tərəfindən təşkil olunan “Energy Forward” tədbirdə deyib.
Azərbaycanda hasil oluna bilməyən daha 2 milyard ton neft ehtiyatı var.
Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev dekabrın 10-da Bakıda “Baker Hughes” şirkəti tərəfindən təşkil olunan “Energy Forward” tədbirdə deyib.
Gələn ildən etibarən Azərbaycan Gənclər Fondu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birlikdə gənclərin innovativ startap ideyalarının kreditləşməsinə başlayacaq.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.
Beynəlxalq Valyuta Fondunun (IMF) Pakistana ayırdığı 6 milyard dollar kreditdən 2 ay sonra Asiya İnkişaf Bankı (ADB) bu ölkəyə 1,3 milyard dollar kredit vermək qərarına gəlib.
10 dekabr 2019-cu il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Dekabrın 10-da Bakı Konqres Mərkəzində I Gənc Sahibkarlar Forumu keçirilib.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) www.azerp.az portalının təqdimatına həsr olunan “
Kapital Bank BirKart-ın Facebook səhifəsində yeni yarışmaya start verir. 10-28 dekabr 2019-cu il tarixlərində baş tutan müsabiqənin maraqlı tərəfi odur ki, yarışma insan tərəfindən deyil, “Aican” botu tərəfindən keçiriləcək.
2019-cu ilin Dekabr ayı ödəmə vaxtı keçmiş kredit borcunu illik 1 faizlə və uzun müddətə qaytarmaq imkanından (restrukturizasiyadan) faydalanmaq üçün sonuncu aydır.
Mövzu barədə "Bank of Baku" ASC-nin sahə direktoru Tural Məmmədov müsahibə verib.
Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 776 min barrel olub.
Bunun 687 min barrelini xam neft, 89 min barrelini kondensat təşkil edib. Gündəlik 577 min barrel xam neft, 82 min barrel kondensat, 26,4 min barrel isə neft məhsulları ixrac edilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin "Stadler" şirkətindən aldığı 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib.
Bu barədə səhmdar cəmiyyətinin mətbuat katibi Natəvan Bayramova məlumat verib.