Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada özəl sektorun fəaliyyəti üç ilin ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, “S&P Global” tərəfindən hesablanan Birləşmiş Satınalma Menecerləri İndeksi (PMI) avqustda 52 olduğu halda sentyabrda 53,1-ə yüksəlib və artımla daralmanı ayıran 50 həddini xeyli üstələyib. “Bloomberg” sorğusunda iştirak edən analitiklər indeksin 51,7-yə qədər cüzi azalacağını gözləyirdilər.
“S&P Global Market Intelligence”ın baş iqtisadçısı Kris Uilyamson açıqlamasında deyib: “Almaniyanın rəhbərliyi ilə istehsal sektoru süni intellektə və müdafiə xərclərinə yönələn investisiyaların artmasının da təsiri ilə dörd ildən artıq müddətdə ən güclü böyümə dövrünü yaşayır. Bununla yanaşı xidmət sektorunda da artım canlanmağa başlayır və bu, iqtisadi böyümə prosesində daha genişmiqyaslı yaxşılaşmaya işarə edir.”
Bizi sosial şəbəkələrdən izləyin!!
