Aİ üzvləri bloklanan Ukrayna vəsaitləri ilə bağlı razılığa gəlib | Banco.az

Aİ üzvləri bloklanan Ukrayna vəsaitləri ilə bağlı razılığa gəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ üzvləri bloklanan Ukrayna vəsaitləri ilə bağlı razılığa gəlib.

Banco.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv ölkələr Ukraynaya hərbi dəstək göstərmək məqsədilə Avropa Sülh Fondu (ASF) çərçivəsində ayrılan 6,6 milyard avronun istifadəyə verilməsi şərtləri ilə bağlı razılığa gəliblər.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sosial media hesabında verdiyi açıqlamada üzv ölkələrin sözügedən vəsaitdən istifadə ilə bağlı razılığa gəldiklərini bildirib.

Kallas 6,6 milyard avroluq vəsaitin 900 milyon avrosunun Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyasına ayrıldığını, 1 milyard avronun isə yeni birgə hərbi texnika alışlarının maliyyələşdirilməsinə yönəldiləcəyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram