"Azərbaycan Hava Yolları" (AZAL) “Payız endirimləri” çərçivəsində aviabiletlərə endirim kampaniyası elan edir.
AZAL-dan aviabiletlərə endirim
"Azərbaycan Hava Yolları" (AZAL) “Payız endirimləri” çərçivəsində aviabiletlərə endirim kampaniyası elan edir.
Gürcüstan Milli Bankı uçot dərəcəsini 1 faiz bəndi artıraraq 7,5%-dən 8,5%-ə qaldırıb.
Bu barədə bankın Monetar siyasət departamenti qərar qəbul edib.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov ilə Beynəlxalq Enerji Xartiyası Forumu çərçivəsində Bakıda səfərdə olan Banqladeşin Energetika və Mineral Ehtiyatlar üzrə dövlət naziri Nasrul Hamid arasında görüş keçirilib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-dövlət bölməsində 90 minə yaxın yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində artmış əmək müqavilələri sayının 71,4%-ni təşkil edir.
Bu barədə Vergilər Nazirliyinin açıqlamasında bildirilir.
"Rusiya iyul-sentyabr ayları ərzində rekord həddə üçüncü növ buğda ixrac edib".
Bunu bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda Rusiyanın Kənd Təsərrüfatı Bazarı üzrə Araşdırmalar İnstitutunun baş direktoru Dimitri Rılko bildirib.
Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinə əsasən, təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar vergidən azad edilib.
Cari ilin 9 ayında ölkədən 2.780 çeşiddə məhsul ixrac olunub. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edək ki, yanvar-sentyabr aylarında Azərbaycanda ixrac əməliyyatlarının dəyəri 14 milyard 886 milyon 294 min ABŞ dolları təşkil edib.
Dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığında həyata keçirilən islahatlar və vergi nəzarətinin təkmilləşdirilməsi, vergi uçotunun düzgün qurulması istiqamətində 2019-cu ilin 9 ayı ərzində görülən işlər nəticəsində "kölgə iqtisadiyyatı"nda cəmlənmiş dövriyyələrin şəffaflaşdırılması prosesinin sürətləndiyi müşahidə edilir.
Cari ilin yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə 5 milyon 261 min 318 ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 260 milyon 882 min ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 9 ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 669 min 809 ton yükün dəyəri 520 milyon 592 min dollar təşkil edib.
Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşması və startaplara verilən vergi güzəştləri kiçik biznesə başlamaq istəyənlərin işini rahatlaşdırıb. Yeni biznesə başlayan iş adamları vergi öhdəliklərini dəqiqləşdirmək üçün məsləhətləşmələrə üstünlük verirlər. Bu zaman suallarına konkret cavablar ala bilirlər. Vətəndaşların ən çox ünvanladığı sorğular əməkhaqqından gəlir vergisinin tutulması və sosial sığorta haqlarının hesablanması qaydaları ilə bağlıdır.