ABŞ-də istehlakçı inamı gözləniləndən daha çox artıb | Banco.az

ABŞ-də istehlakçı inamı gözləniləndən daha çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-də istehlakçı inamı gözləniləndən daha çox artıb.

Banco.az xəbər verir ki, ABŞ-də Miçiqan Universiteti tərəfindən hesablanan istehlakçı inamı indeksi iyun ayında gözləntiləri üstələyərək 48,9 səviyyəsinə yüksəlib.

Miçiqan Universiteti amerikalı istehlakçıların iqtisadi gözləntilərini və davranışlarını əks etdirən istehlakçı inamı indeksinin iyun ayına dair ilkin göstəricilərini açıqlayıb.

Məlumatlara əsasən, istehlakçı inamı indeksi iyun ayında əvvəlki ayla müqayisədə 4,1 bənd artaraq 48,9-a çatıb. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların median proqnozu isə göstəricinin 46 səviyyəsinə yüksələcəyi istiqamətində idi.

İstehlakçı etimadı inamı may ayında 44,8 səviyyəsinə enərək tarixinin ən aşağı göstəricisini qeydə almışdı.

Amerikalıların mövcud maliyyə vəziyyəti və iqtisadi şəraitlə bağlı qiymətləndirmələrini əks etdirən cari iqtisadi şərait indeksi isə iyun ayında aylıq müqayisədə 2,6 bənd artaraq 48,4 səviyyəsinə yüksəlib. İqtisadçıların gözləntisi bu göstəricinin 46,1 səviyyəsində olacağı yönündə idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram