“Bank of Baku” ASC 2019-cu ilin yanvar-sentyabr dövrünü 32 milyon 276 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 dəfə çoxdur. “Bank of Baku” 2018-ci ilin yanvar-sentyabr dövrünü 3 milyon 128 min manat xalis mənfəət ilə bağlamışdı.
