Müəllif: Tamara Mustafayeva, Banco.az
"Goldman Sachs" 2027-ci il üçün neftin qiyməti proqnozunu aşağı salıb.
Banco.az xəbər verir ki, “Goldman Sachs”ın analitikləri iyunun 11-də yayımladıqları hesabatda bildiriblər ki, bank qlobal etalon hesab edilən “Brent” markalı neft üzrə 2027-ci il üçün orta qiymət proqnozunu bir barel üçün 80 dollara, ABŞ etalonu olan “West Texas Intermediate” (WTI) nefti üzrə proqnozunu isə 75 dollara endirib.
“Goldman Sachs” həmçinin Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən ayrılmasından sonra bu ölkə üzrə hasilat proqnozlarını yüksəldib. Eyni addım Braziliya, Qayana və Venesuela üçün də atılıb.
Bank əlavə olaraq qeyd edib ki, “Hörmüz boğazı” yenidən açıldıqdan sonrakı aylarda qlobal istehlakın bərpa olunmasına baxmayaraq, dünyanın ən böyük neft idxalçısı olan Çində tələbatın azalacağı gözlənilir.
Analitiklər bildiriblər: “Hesab edirik ki, Hörmüz boğazında yaranan şok, xüsusilə müharibənin başlanmasından bəri elektromobillərin avtomobil satışlarındakı payının sürətlə artdığı Çində neftə alternativ enerji mənbələrinə keçidi sürətləndirir. Buna görə də 2027-ci ildə tələbat zəifliyinin 10 faizdən bir qədər yüksək səviyyədə qalacağını proqnozlaşdırırıq.”
Bizi sosial şəbəkələrdən izləyin!!
