Noyabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 281 min 506 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz çoxdur. Keçən il noyabrın 13-dək 209 min 368 ton pambıq yığılmışdı. Pambıq yığımında Saatlı (40 min ton), Bərdə (32 min 576 ton), Ağcabədi (31 min 29 ton), Beyləqan (28 min 389 ton) və Biləsuvar (28 min 95 ton) rayonları irəlidə gedirlər.
Ölkəmizdə bu günədək 281 min tondan çox pambıq tədarük olunub