Banco.az | Tezliklə

Azərbaycandakı sahibkarların sayı açıqlanıb

Ölkədə qeydiyyatdan keçmiş sahibkarların sayı 920 mini ötüb.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov yanvarın 21-də "Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxışlarının dəstəklənməsi" mövzusunda keçirilən tədbirdə deyib.

Azərbaycanca

Sahibkar xanımların nəzərinə: 1 milyona yaxın kredit ayrıla bilər

“Azərbaycanda qadın sahibkarlığın inkişafına 20 min manatdan 1 mln. manata qədər kreditin ayrılması nəzərdə tutulur”.

Azərbaycanca

"Funt-sterlinq 2019-da ən çox bahalaşan G-10 valyutası olacaq"

"Goldman Sachs"a görə, Funt-sterlinq, 2019-cu ildə ən çox dəyər qazanan G-10 pulu olacaq

Qlobal maliyyə xidmətləri şirkəti "Goldman Sachs Group"a görə, Funt-sterlinq, müqaviləsiz Brexit riskinin azalması ilə 2019-cu ildə G-10 valyutalarının hamısı qarşısında dəyər qazana bilər.

Azərbaycanca

Nəyə görə Rusiya dollardan qurtula bilməyəcək?

Bu yaxınlarda Rusiya bir daha elan edib ki, dolların hökmranlığına qarşı mübarizə aparacaq. Rusların bu cür qətiyyətliliyi əksəriyyəti təəccübləndirib. Moskva KİV-lərinin məlumatına görə, 2019-cu ildə Qərb ölkələri Rusiya neft və qazının alışı zamanı dollar əvəzinə avro və ya digər valyuta ilə hesablaşmalıdırlar.

Azərbaycanca

“Facebook”un ofisində bəzi məsələlərdən danışmaq QADAĞAN EDİLİB

“Facebook”un ofisində tətbiq edilən yeni davranış qaydalarına görə, işçilərin siyasət və dini mövzuları müzakirə etməsi, edəcə də öz fikirlərini həmsöhbətinə aşılaması qadağan edilib. Bu dəyişikliklər şirkətin əməkdaşları arasında əhval ruhiyyənin azalmasının qarşısını almaq üçün edilib. Ötənilki çoxsaylı qalmaqallar nəticəsində «Facebook»a inam təkcə cəmiyyətdə deyil, şirkətin işçiləri arasında da azalıb.

Azərbaycanca

Birjalarda son 1 ayda kənd təsərrüfatı məhsullarının - QİYMƏTİ

Birjalarda son 1 ayda birjalarda kənd təsərrüfatı məhsullarının qiyməti artıb.

Son 1 ayda 1 buşel qarğıdalının qiyməti 3,25 dollar və ya  0,86% artaraq 381,8 dollar  və ya 1 kiloqram qarığdalının qiyməti 1,41 dollar  olub.

1 buşel buğdanın qiyməti 3,75 dollar  və ya 0,73% artaraq      517,8 dollar və ya 1 kiloqram buğdanın  qiyməti 1,92 dollar təşkil edib.

Azərbaycanca

İşsizlikdən sığorta və işsizlik müavinəti ödənilmiş şəxslərin sayı açıqlandı

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2449 nəfərə işsizlikdən sığorta, 6331 nəfərə işsizlik müavinəti ödənilib. Bu barədə Nazirliyin yaydığı məlumatda bildirilir. 

Azərbaycanca

Daha bir ölkə benzin və dizel maşınlardan İMTİNA EDİR

2030-cu ildən etibarən İsraildə benzin və dizellə işləyən avtomobil almaq qadağan ediləcək. B barədə ölkənin energetika nazirliyi məlumat yayıb. Nazirlik açıqlayıb ki, daxili yanma mühərriki ilə işləyən bütün avtomobillər ya elektromobillər, ya da qazla işləyən maşınlarla əvəz ediləcək.

Azərbaycanca

Türkiyədə dolların SON QİYMƏTİ

Türkiyədə dollar lirə qarşısında yenidən dəyər qazanmağa başlayıb.

Bu gün dollar 0,30% artaraq 5,337 lirə olub.

Avro 0,44% artaraq   6,07 lirə, funt-sterlinq də  0,25% artaraq  6,86 lirə təşkil edib.

İstanbu Birjasında BİST100 indeksi dəyişməyərək 98 454 xal olub.

Fed.az

Azərbaycanca

Bitcoin son 1 ayda 11% dəyər itirib

Son 1 sutka ərzində Bitcoinin qiyməti azalıb.

Bitcoinin qiyməti bu gün 3,87% azalaraq 3 min 590 dollar olub.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »