Bu ilin yanvar-mart aylarında Azərbaycanda 948,3 kq qızıl istehsal edilib.
Bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 23% çoxdur. Bu il aprelin 1-nə ölkədə 146,7 kq hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 948,3 kq qızıl istehsal edilib.
Bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 23% çoxdur. Bu il aprelin 1-nə ölkədə 146,7 kq hazır məhsul ehtiyatı yaranıb.
Audi şirkətinin #FourRingsChallenge həştəqi ilə başlatdığı çağırışa Mercedes şirkəti AMG C63 modeli ilə asfalt üzərində Audi loqosunu yazdığı video ilə qatıldı.
"Bu günə qədər həm məhdudlaşdırıcı tədbirlərin görülməsi, mərhələ-mərhələ bu tədbirlərin sərtləşdirilməsi, eyni zamanda pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan insanların sosial müdafiəsinin təmin edilməsi hesab edirəm ki, bizim düzgün siyasətimizi əks etdirir".
"Dövlət tərəfindən 200 min deyil, 600 min aztəminatlı şəxsə 190 manat yardım göstəriləcək".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
“Baxmayaraq ki, Azərbaycanda pandemiya ilə bağlı vəziyyət nəzarət altındadır, biz öz tədbirlərimizi vəziyyətə uyğun şəkildə atmalıyıq. Bizim üçün prioritet məsələ dəfələrlə qeyd etdiyim kimi insanların sağlamlığı, həyatı və sosial müdafiəsidir”.
Peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu tutulması təklif edilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronovirus (COVID-19) infeksiyasını qlobal pandemiya elan etdiyini nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə digər ölkələrə səfərlər, eləcə də qonşu ölkələrlə sərhədkeçmə müvəqqəti olaraq məhdudlaşdırılıb.
Bu barədə Komitənin açıqlamasında bildirilir.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzərdə tutulmuş xüsusi karantin rejimi şəraitində bank VTB (Azərbaycan) əhalinin sosial cəhətdən həssas qrupuna yardım edib.
Bu ilin ən gəlirli kriptovalyutalarının siyahısı açıqlandı.
Siyahıya "Hedera Hashgraph" liderlik edir.
Bitcoin bazarında çox da məşhur olmayan "Hedera Hashgraph" kursu yanvar ayında 214% qalxıb.
Fransada koronavirus pandemiyası ilə əlaqədar itkiyə məruz qalan mehmanxana-restoranların və mədəniyyət ocaqlarının vergilərdən və sosial yığımlardan azad edilməsi qərara alınıb. Büdcə və dövlət hesabları naziri Jerar Darmanen bildirib ki, Fransa Prezidentinin xahişi ilə hökumət daha çox itki ilə üzləşən sahələr üçün vergi ödənişlərini ləğv edəcək. Nazir qeyd edib ki, ləğv edilməsi nəzərdə tutulan vergilərin həcmi 750 milyon avrodur.