Banco.az | Tezliklə

Gömrükdən "avtomobil" açıqlaması

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronovirus (COVID-19) infeksiyasını qlobal pandemiya elan etdiyini nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə digər ölkələrə səfərlər, eləcə də qonşu ölkələrlə sərhədkeçmə müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bu barədə Komitənin açıqlamasında bildirilir.

Azərbaycanca

Bank VTB (Azərbaycan) sosial baxımdan həssas əhali qrupuna yardım edib

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzərdə tutulmuş xüsusi karantin rejimi şəraitində bank VTB (Azərbaycan) əhalinin sosial cəhətdən həssas qrupuna yardım edib.

Azərbaycanca

Ən gəlirli kriptovalyuta hansıdır?

Bu ilin ən gəlirli kriptovalyutalarının siyahısı açıqlandı.

Siyahıya "Hedera Hashgraph" liderlik edir.

Bitcoin bazarında çox da məşhur olmayan "Hedera Hashgraph" kursu yanvar ayında 214% qalxıb.

Azərbaycanca

Fransa mehmanxana və restoran biznesi üçün vergi güzəşti edib

Fransada koronavirus pandemiyası ilə əlaqədar itkiyə məruz qalan mehmanxana-restoranların və mədəniyyət ocaqlarının vergilərdən və sosial yığımlardan azad edilməsi qərara alınıb. Büdcə və dövlət hesabları naziri Jerar Darmanen bildirib ki, Fransa Prezidentinin xahişi ilə hökumət daha çox itki ilə üzləşən sahələr üçün vergi ödənişlərini ləğv edəcək. Nazir qeyd edib ki, ləğv edilməsi nəzərdə tutulan vergilərin həcmi 750 milyon avrodur.

Azərbaycanca

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 2% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı  ticarət dövriyyəsinin həcmi 3 179 330,4 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 59 022,3 min dollar və ya 1,9% çoxdur.

Azərbaycanca

OPEC qlobal neft tələbatının son 30 ilin ən aşağı səviyyəsinə enəcəyini gözləyir

Cari ildə qlobal xam neft tələbatının son 30 ilin ən aşağı səviyyəsinə enəcəyini gözlənilir.

Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, buna səbəb koronavirus epidemiyası ilə əlaqədar dünya iqtisadiyyatının geriləməsidir.

Azərbaycanca

Turizm Agentlikləri Assosiasiyası turşirkətlərə və vətəndaşlara müraciət edib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (AATA) İdarə Heyətinin sədri Rüfət Hacıyev turizm şirkətlərinə və vətəndaşlara müraciət edib. 

Azərbaycanca

VTB Rusiyadan Azərbaycana pul köçürmələrini asanlaşdırdı

Rusiyada “VTB-Onlayn” sisteminin istifadəçiləri xarici ölkələrdəki bankların müştərilərinin kartlarına pul köçürmək imkanı əldə edblər.

Artıq mobil tətbiqdə və ya “VTB-Onlayn” internet-bankında bu əməliyyatı həyata keçirmək an məsələsidir.

Azərbaycanca

Tanınmış milyarder koronavirus böhranı zamanı 24 milyard dollar qazandı

Koronavirus pandemiyası ABŞ-da milyonlarla insanın işini itirməsinə səbəb olsa da, Ceff Bezosun sərvəti hər ötən gün daha da artır. Hətta bir çox tanınmış milyarderin maddi itkilər yaşamasına baxmayaraq, dünyanın ən varlı insanı olan Bezos 2020-ci il başlayandan bəri sərvətinə 24.9 milyard dollar əlavə edərək ümumi varidatını 140 milyard dollara çatdırıb.

Azərbaycanca

Bu şəxslərin magistratura xərclərini dövlət ödəyəcək

Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək. 

Bununla bağlı “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliklər Milli Məclisin bu gün iclasında müzakirəyə çıxarılıb. 

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »