Kiçik sərmayə, böyük qazanc: 20 tinglə biznes qurdu | Banco.az

Kiçik sərmayə, böyük qazanc: 20 tinglə biznes qurdu

Müəllif: Gülnar Əhmədli, Banco.az

Braziliyanın Parana ştatında yaşayan fermer Coa Kosta illərdir məşğul olduğu qəhvə istehsalından imtina edərək bağında cəmi 20 avokado tingi əkib. Kiçik bir investisiya ilə başlayan bu təşəbbüs ilk məhsuldan sonra əldə etdiyi yüksək gəlirlə qısa müddətdə böyük biznesə çevrilib.

Banco.az xəbər verir ki, avokadoya tələbatın artacağını proqnozlaşdıran Kosta ilk məhsullarını əldə etdikdən sonra qazancını yenidən istehsala yatırmağa başlayıb.

Beləliklə, əvvəlcə kiçik miqyasda başlayan istehsal zamanla böyüyən kommersiya fəaliyyətinə çevrilib.

Kosta üçün əsas dönüş nöqtəsi ilk avokado məhsulunu topladıqdan sonra baş verib. İddialara görə, məhsulların satışından qısa müddətdə əhəmiyyətli gəlir əldə edən fermer qazancı ilə lüks ev və yeni avtomobil ala biləcək vəziyyətə çatıb.

Bundan sonra bütün yığımlarını avokado istehsalına yönəldən Kosta istehsal gücünü də artırıb. Kostanın yetişdirdiyi avokadoların Braziliyanın əsas bazarlarından olan San-Paulu, Para və Pernambukoya göndərildiyi bildirilir.

Yalnız 20 tinglə başlayan fermerin zamanla istehsalını genişləndirdiyi və bölgədə avokado ticarətində diqqət çəkən istehsalçılardan birinə çevrildiyi qeyd olunur.

Kostanın hekayəsi kənd təsərrüfatında düzgün məhsul və bazar seçiminin fermerin gəlirlərinə təsirini göstərir.

İllərlə qəhvə yetişdirən fermerin avokado istehsalına keçməsi ilə başlayan proses qısa müddətdə böyük kommersiya fəaliyyətinə çevrilib. Kostanın 20 tinglə atdığı ilk addım bu gün geniş bazarlara məhsul göndərən istehsal fəaliyyətinin əsasını təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram