Bu gün açıqlanan məlumata görə, Çin iqtisadiyyatı 2018-ci ildə 6.6% artıb. Bu, 28 ilin ən yavaş iqtisadi artımıdır.
"Capital Economics"in Çin üzrə iqtisadçısı Chang Liu Çin iqtisadiyyatına dair açıqlama verib.
Bu gün açıqlanan məlumata görə, Çin iqtisadiyyatı 2018-ci ildə 6.6% artıb. Bu, 28 ilin ən yavaş iqtisadi artımıdır.
"Capital Economics"in Çin üzrə iqtisadçısı Chang Liu Çin iqtisadiyyatına dair açıqlama verib.
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) davamlı inkişaf, korrupsiyaya qarşı mübarizə və şəffaflıq, risklərin idarə olunması, satınalma əməliyyatlarının idarə olunması və s. sahələr üzrə korporativ standart və qaydalar tətbiq edilib.
Bu barədə SOCAR-da son illərdə həyata keçirilmiş islahatlar (optimallaşdırma tədbirləri, təşkilati strukturun, idarəetmənin, istehsalatın optimallaşdırılması tədbirləri) barədə sorğuya cavabda qeyd edilib.
Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2019-cu il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq 370,2 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 38 faiz yüksələrək 164,9 milyon manat təşkil etmişdir. Cəmi bank öhdəlikləri 12% artmış və 314,8 milyon manata çatmışdır.
2018-ci ildə Türkiyədə 620 937 ədəd minik avtomobili satılıb ki, bu da əvvəlki ilə nisbətən 35,1% azdır.
Bu 2009-cu ildən bu yana qeydə alınan ən aşağı satışlardır.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi çərçivəsində birgə kriptovalyutanın yaradılması planlarını elan ediblər.
Ötən il Azərbaycanın İrana neft ixracı azalıb.
Bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.
Azərbaycan Mərkəzi Bankı ölkədə nağdsız ödənişərin inkişafı üçün fevral ayından yeni lotereyaya başlayır. "Kartla ödə, kartla qazan" lotereyasında hər 5 manat və ondan yuxarı ödəniş bir şans verir.
Bu yalnız kartla posterminallarda aparılan ödənişlərə aiddir.
Ötən illərin sahibkarlar üçün problem yaradan təcrübələrindən biri də növbəti illərə aid vergilərin əvvəlcədən toplanması halları olub. 2018-ci ildə bu problemin həllinə başlanılıb və artıq ödəmələrin məbləği yarım milyard manata qədər azaldılıb.
“AtaSığorta” ASC 2018-ci il üzrə ilkin maliyyə nəticələrini açıqlayıb.
Dünyada son 10 ildə milyarderlərin sayı iki dəfə artıb.
Bu barədə Oxfam beynəlxalq xeyriyyə və humanitar təşkilatının Davos Dünya İqtisadi Forumu ərəfəsində hazırladığı araşdırmasında deyilir.